Ukrayna prezidenti Vladimir Zelenski dünyaya çağırış edib...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, "Rusiyanın yeni eksperimental orta mənzilli ballistik raketi “Oreşnik”dən istifadə etməsi Kreml lideri Vladimir Putinin real sülhə can atanların üzünə tüpürməsidir...",- deyən Vladimir Zelenski “X” hesabındakı paylaşımında qeyd edib ki, bu gün Putin bu müharibənin genişləndirilməsi istiqamətində ikinci addım atdığını etiraf edib və yeni ballistik raketdən istifadə edilib. Sitat: "Putin Ukraynanın ən böyük şəhərlərindən biri olan Dnepri vurdu. Bu, bu müharibənin miqyasının və qəddarlığının aşkar və ciddi artması, Rusiya tərəfindən BMT Nizamnaməsinin rüsvayçı şəkildə pozulmasıdır. Vurğulayıram ki, bu, Rusiyanın eskalasiyaya doğru ikinci addımıdır. Birincisi, Şimali Koreyanı ən azı 11 min əsgər kontingentini Ukraynaya qarşı müharibəyə cəlb etmək idi.”, - deyə Zelenski qeyd edib.

Zelenski Putinin dünya ölkələrinin sülhə çağırışına məhəl qoymadan bu addımların hər ikisini atdığını, bu müharibəni tamamilə səbəbsiz yerə uzatdığını deyib.  Zelenski onu da əlavə edib ki, bu gün Ukraynaya qarşı ballistik raketdən istifadə etməsiRusiyanın qəti şəkildə sülh istəmədiyinin bir daha sübutudur. “Putin təkcə müharibə etmir. O müharibəni bilə-bilə uzadır. O, hər dəfə dünyada sülhün bərpa olunmasını həqiqətən istəyənlərin üzünə tüpürür”.

Rusiyanın Ukrayna ərazilərini orta və uzaqmənzilli raketlərlə vurması müharibənin daha şiddətli olacağına bir işarədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN