Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin Qazax-Tovuz  regional bölməsinin və Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə noyabrın 21-də Tovuz Dövlət Sosial-İqtisad Kollecində  “Gəncləri radikalizmdən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, şöbənin məsləhətçisi  Eşqin Allahverənov, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayon üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdulayev və baş məsləhətçisi Yaşar Orucov, müəllim və şagirdlər iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda bildirilib ki, bu gün dini radikalizm və ekstremizmə qarşı ən effektiv mübarizə üsulu yeniyetmə və gəncləri milli-mənəvi irsimizə bağlı, vətənpərvər vətəndaş kimi böyütməkdir. Eyni zamanda ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından danışılıb.

Tədbir müzakirələrlə davam etdirilib.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN