Amerikalı konqresmen Frenk Palloun dünən axşam Azərbaycandan faktiki olaraq qaçıb. 

Tezadlar.az əlavə olaraq xatırladır ki, anti-Azərbaycan siyasətçi kimi tanın Palloun erməniləri canı dildən dəstəkləyən yaramaz idi. Azərbaycan atalar məsəlində də deyilir: "Asta qaçan namərddir!". Faktiki olaraq Palloun əvvəldən namərdlik edərək Azərbaycan xalqının ünvanına daim hədyanlar səsləndirirdi... Amma Azərbaycan xalqı bir yumruq kimi cəm olub Qarabağa tülkü xisləti ilə qanunsuz gəlib dolaşan Pallouna cavab olaraq bu qədim yurdu erməni tör-töküntülərindən təmizlədi! Onun özünün də ayağını bu qədim yurddan kəsdi... Amma nəinki Pallounun, heç onu yemləyən və yallandıran erməni milyarderlərinin belə səsi çıxmadı. İndi bu həyasız Azərbaycana gələrək "Yaşıl dünya naminə həmrəylik" eşqinə düşmüşdü, amma payına yaxşıca tüpürcək düşdü! Belə ki, Palloun COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya gəlmişdi. Doğrudan da adamda üz lazımdır ki, təhqir etdiyi bir ölkəyə hələ bir ayaq da basa... O, noyabrın 16-da prezident İlham Əliyev bir qrup amerikalı konqresmeni qəbul edərkən onların arasında olub, lakin  Pallounu bu görüşə buraxmayıb deyiblər ki, qapını arxadan bağla və rədd ol!".

 Hamı bilir ki, bu həyasız və ermənipərəst mövqeli Palloun həmişə Azərbaycanın əleyhinə çıxış edib, Ermənistanın maraqlarının müdafiəsində durub, hətta həddini aşaraq Azərbaycanın işğal altında olan ərazilərinə səfərə də gedib, ABŞ Konqresində Azərbaycana qarşı sanksiyalar tətbiqinə çağırışlar edib. Bu nadan və həyasız Palloun Azərbaycan xalqını, dövlətimizi söyüb-təhqir edib, Ermənistanın işğalçılıq siyasətinə, vandalizminə, Xocalı qətliamına... haqq qazandırıb. 

Beləcə, dünən- noyabrın 17-də bir qrup QHT-lər onun lövbər saldığı "Park Bulvar" otelinin qarşısında etiraz aksiyası keçirərək anti-Azərbaycan fəaliyyətinə görə cavab verməyi tələb ediblər. Bu faktiki olaraq Pallounun ermənimaskalı sifətinə lopa ilə tüpürmək idi... 

Bu da son: Palloun dünən dabanına tüpürüb "Asta qaçan namərddir!" deyərək Bakıdan getdi... Yəqinki onu daim yemləyən, Bakıya göndərən erməni dayılarının yanına gedib Bakı təəssüratından göz yaşı içində danışır indi... Qoy danışsın! Azərbaycan ordusu isə, danışmır, edir! Qarabağda 44 günə etdikləri kimi...

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN