Məlumdur ki, hər yeni tədris ili ərəfəsində paytaxtın müxtəlif yerlərində məktəbli yarmarkaları təşkil olunurdu. Ancaq bu il epidemioloji vəziyyətlə əlaqədar məktəbli yarmarkalarının açılışına icazə verilməyib. Məsələ ondadır ki, iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verildiyi halda, məktəbli yarmarkalarının açılması qadağan edilib. Səbəb? 

Məsələyə həkim-infeksionist Vüqar Cavadzadənin münasibəti belədir: "Hələ məktəblərin geniş tərkibdə açılmasına 20 gün var və bu müddət ərzində epidemioloji vəziyyət hər iki istiqamətdə dəyişə bilər. Məktəblər açılsa belə, yoluxmaların sayında artım müşahidə edilsə, yəqin ki, distant təhsilə keçiləcək. Hesab edirəm ki, yarmarkaların hələ açılmamasının səbəbi də məhz bu məsələ ilə bağlıdır. Bir növ gözləmə mövqeyindədirlər ki, ola bilsin ayın 22-nə qədər artım müşahidə olunsun və ənənəvi tədris başlamasın. Bir az qeyri-müəyyənlik var. Hesab edirəm ki, yarmarkalar buna görə açılmır. İstənilən halda hər birimiz ənənəvi tədrisin tərəfdarıyıq. Pandemiya ən böyük ziyanı orta məktəb şagirdlərinə vurur. Çünki onlar tədrisdən kənar qalırlar".

E.ŞİRİNOV
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN