Tarix boyu cəmiyyətin inkişafında müəllimin rolu və əhəmiyyətli əvəzedilməz olmuşdur. Müasir dövrdə müəllimlik anlayışı yeni-yeni keyfiyyətlər hesabına daha da zənginləşmişdir. Müasir cəmiyyətdə müəllim yüksək nəzəri biliklərə, mədəniyyət və mərifətə, pedaqoji etikaya və takta malik yetkin bir şəxsiyyətdir. Müəllim elə mötəbər, elə aqil, elə kamil adamdır ki, hər bir valideyn öz övladlarının tərbiyəsini onlara etibar edir. Müəllim keçmiş nəslin ən yaxşı həyati təcrübəsini, elmi bilikləri və özünün əldə etdiyi elmi nailiyyətləri yeni nəslə verir. Müəllim gənc mütəxəssislərin şəxsiyyətini formalaşdırır, dünyagörüşünün təşəkkül etməsinə və inkişafına şərait yaradır. Pedaqoji fəaliyyət müəllimin təlim, tərbiyə, inkişaf, şagirdlərin təşkili zamanı cəmiyyət tərəfindən irəli sürülən sifarişə müvafiq olaraq məktəblilərdə şəxsiyyətin keyfiyyətinin formalaşmasına yönəldilmiş peşə fəallığından ibarətdir. Pedaqoji fəaliyyət pedaqoji elmlərin müxtəlif sahələri tərəfindən öyrənilir, tədqiq olunur. Burada birinci növbədə müəllim əməyinin psixoloji qanunauyğunluqları diqqəti cəlb edir. Ona görə də pedaqoji fəaliyyətin psixologiyasından danışarkən müəllim əməyinin, müəllimin cəmiyyət tərəfindən irəli sürülən məqsədləri və pedaqoji fəaliyyət sistemini necə qavraması və həyata keçirməsi, konkret şəraitdən asılı olaraq öz fəaliyyətinin vəzifə, forma və metodlarının aktuallığını necə dərk etməsinin psixoloji qanunauyğunluqlarını öyrənən psixoloji bilik sahəsini nəzərdə tuturuq.

Pedaqoji fəaliyyətin nəticəsi - şagird şəxsiyyətinin əlamət və keyfiyyətlərinin formalaşması. Bu cəhətlərin hər biri pedaqoji fəaliyyətin səmərəliliyi üçün əsas amil rolunu oynayır. Müəllim əməyi çoxcəhətli psixi reallıqdır. Burada bir-biri ilə vəhdətdə olan üç cəhət diqqəti xüsusi olaraq cəlb edir. Bunlar pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və müəllim şəxsiyyətinin xüsusiyyətlərindən ibarətdir. Pedaqoji fəaliyyət müəllimin şagirdlərə təsirini əhatə edir. Pedaqoji ünsiyyət - birgə fəaliyyət zamanı müəllim və şagirdlərin əməkdaşlığından ibarətdir. Psixoloji tədqiqatlar əsasında müəyyən edilmişdir ki, pedaqoji fəaliyyət zamanı müəllim bir deyil, bir neçə məqsəd və vəzifəni yerinə yetirir.

Pedaqoji fəaliyyətin əsas subyekti müəllim olduğuna görə burada müəllim əməyinin motivləri, məqsədləri və vəzifələri əsas yer tutur. Pedaqoji fəaliyyətin məzmunu və psixologiyası bir tərəfdən sosial amillərlə, digər tərəfdən sosial psixoloji amillərlə müəyyən edilir. Pedaqoji fəaliyyət şagirdlərə bilik, bacarıq və vərdişlər aşılamaqla məhdudlaşmır, eyni zamanda onlara dünyagörüşü, əqidə və inam aşılayır. Bu prosesdə şagirdlər zəruri davranış formalarına yiyələnirlər. Onlarda fəallıq, biliyə hərislik inkişaf edir. Pedaqoji fəaliyyətin müvəffəqiyyəti üçün hər bir müəllim təbiət və cəmiyyət haqqında dərin biliklərə yiyələnməklə, yüksək inam, yüksək ideyalılığa görə fərqlənməklə yanaşı bir sıra mühüm keyfiyyətlərə də malik olmalıdır.

Müəllimin şəxsiyyəti onun pedaqoji əməyinə istiqamət, məna verir. Müəllim şəxsiyyətinin strukturuna gəldikdə buraya onun əməyinin xarakterini müəyyənləşdirən psixi keyfiyyətlərin, qabiliyyətlərin, halətlərin mürəkkəb vəhdətini və s. aid etmək olar. Müəllim şəxsiyyəti özünün istiqamət və motivasiyası, qabiliyyətləri, xarakteri, yaradıcı mövqeyi, fərdi üslubi və s. ilə xarakterizə olunur. Təcrübələr göstərir ki, şagirdlərlə qarşılıqlı münasibətdə pedaqoji ünsiyyətin demokratik üslubundan istifadə edən müəllimlərlə şagirdlər arasında olduqca səmərəli təmas yaranır və müəllimlər şagirdlərin sevimlisinə çevrilirlər.

Müəllimlərlə şagirdlər arasındakı qarşılıqlı təsir dörd əsas psixoloji prinsipə ayrılır:

Pedaqoji qarşılıqlı təsirin dioloqlaşdırılması, yeni dioloq səviyyəsində həyata keçirilməsi. Ənənəvi monoloqlaşdırılmış, yəni monoloq səviyyəsində həyata keçirilən pedaqoji qarşılıqlı təsir zamanı müəllimlə şagird arasında həm şəxsiyyətlərarası qarşılıqlı münasibətlər planında, həm rollu sosial qarşılıqlı təsir planında, həm də informasiya mübadiləsi planında qarşılıqlı təsirdə bərabərhüquqluluq pozulur və müəllim dominant rolda çıxış edir. Belə ki, o, informasiya mənbəyi hesab edilir, o, şagirdlərə sual verir, o, şagirdlərin cavablarına nəzarət edir və onları qiymətləndirir. Müəllimlər üçün heç bir məhdudiyyət yoxdur və onlar ən böyük şəxsiyyətlərdir, şagirdlər üçün şəxsiyyət etalonudur. Monoloq səviyyəsində qurulan pedaqoji qarşılıqlı təsir prosesində müəllimdən şagird şəxsiyyətini qismən başa düşmək və qəbul etmək tələb olunur ki, bu da ona diktator mövqeyində çıxış etməyə imkan verir. Pedaqoji qarşılıqlı təsirin dialoqlaşdırılması isə müəllim qarşısında öz mövqeyini dəyişdirmək tələbi qoyur və o, şagirdlərlə bərabərhüquqlu mövqedə durur. Bu öz növbəsində onlar arasında əməkdaşlıq yaranmasına gətirib çıxarır. Bu gün müəllimlərlə şagirdlər arasında əməkdaşlığın yaranması, onun apardığı təlim-tərbiyə işini optimallaşdırmağa şərait yarada bilər.

Pedaqoji qarşılıqlı təsirin problemləşdirilməsi. Ənənəvi problemsizləşdirilmiş pedaqoji qarşılıqlı təsir zamanı müəllim şagirdlərə müəyyən biliklər verir, sonuncu isə onları mənimsəyir, bir növ biliklər müəllimin beynindən şagirdlərin beyninə axır. Bu zaman şagirdlərin müstəqilliyi heçə endirilir və onlardan hazır biliklərə yiyələnmək tələb olunur. Tərbiyə işi də elə qurulur ki, şagirdlər yalnız müəllimin qoyduğu qaydalara əməl etməli olur. Hətta müəllimin qoyduğu qaydalara əməl etməyənlər tərbiyəsiz hesab edilirlər. Deməli, müəllim tələb edən, şagird isə icra edən rolunda çıxış edir. Problemləşdirilmiş pedaqoji qarşılıqlı təsir zamanı isə təlim və tərbiyə prosesində müəllimin və şagirdlərin rolları və funksiyaları dəyişir. Müəllim şagirdin şəxsiyyətinin inkişafı üçün şərait yaradır, ona təlim işində müstəqillik verir, fəalığını stimullaşdırır, müstəqil əqli iş aparmaq imkanı verir.

Pedaqoji qarşılıqlı təsirin personallaşdırılması

Qeyri - personallaşdırılmış pedaqoji qarşılıqlı təsir - rollar arasında mövcud olan qarşılıqlı təsirdir. Ənənəvi qeyri - personallaşdırılmış pedaqoji qarşılıqlı təsir zamanı müəllim tərbiyə edən rolunda, şagird isə tərbiyə olunan rolunda çıxış edir. Bu rolların çərçivəsinə uyğun gəlməyənlər rədd edilir, yəni hər iki tərəf rol gözləmələrindən kənara çıxa bilmir. Bu yolların üzərində bir tərəfdən ağır yük qoyur, digər tərəfdən isə şəxsiyyət-şəxsiyyət münasibətləri kənarda qalır, rollar arasında qarşılıqlı münasibətlər ön plana çəkilir. Rolların icraçılarının davranışı onların icra etdiyi rolların mövqeyi ilkə determinasiya olunur. Pedaqoji qarşılıqlı təsirin personallaşdırılması isə vəziyyəti kökündən dəyişir. Bu ilk növbədə həm müəllimdən, həm də şagirdlərdən onların icra etdiyi rol maskasından azad olmaq imkanı verir və şəxsiyyətlər arasında azad qarşılıqlı münasibətlər ön plana çəkilir.

Pedaqoji qarşılıqlı təsirin fərdiləşdirilməsi

Qeyri - fərdiləşdirilmiş pedaqoji qarşılıqlı təsir şagirdin fərdiliyinə yönəlmiş qarşılıqlı təsir deyildir. Bu şagirdin fərdiliyini, yəni onun maraqlarının və qabiliyyətlərinin özünəməxsusluğunu nəzərə almayan frontal qarşılıqlılıq təsiri ön plana çəkir. Fərdiləşdirilmiş pedaqoji qarşılıqlı təsir isə əksinə, bir şagirdin ümumi və xüsusi qabiliyyətlərini üzə çıxarmağa yönəlir, təlim və tərbiyə metodikasını seçərkən şagirdlərin fərdi, yaş xüsusiyyətlərini, qabiliyyətləri və meylləri nəzərə alır. Müəllimin yiyələnməli olduğu pedaqoji bacarıq və vərdişləri əsasən dörd qrupa bölürlər.

Məlum olduğu kimi, təhsil cəmiyyətin həyatında prioritet sahə olmaqla, insanın inkişafında və formalaşmasında mühüm rol oynayır. O yalnız bilik və bacarıqlar əldə etmək üçün deyil, təhsil alanın və bütövlükdə insanın inkişafını təmin etmək üçün lazımdır. Təhsil prosesinin əsas subyekti öyrənəndir (şagird, tələbə və s.). Öyrənən bilik və bacarıqların daşıyıcısı kimi nəzəri biliklər qazanıb inkişaf etməklə yanaşı, bacarıq və vərdişlərə yiyələnməli, aldığı bilikləri təcrübədə, həyatda tətbiq etməyi bacarmalı, bununla da müstəqil fəaliyyətə, peşəseçməyə hazır, bazar iqtisadiyyatı şəraitində rəqabətqabiliyyətli olmalıdır. Öz həyatını müstəqil qurmağı bacarmalıdır.

Təhsilin keyfiyyəti səmərəli təhsil və təlim mühitinin yaradılması işindən xeyli asılıdır. Təhsil mühiti təlim mühiti ilə müqayisədə ümumi, mücərrəd, geniş, əhatəli olmaqla öyrənəni azad inkişaf etməyə, yaradıcı fərd olmağa həvəsləndirməli, həyatın özü olmalı, öyrənənlər həyatın içində olmalıdır. Təlim mühiti elə olmalıdır ki, şagirdlər məktəbdə həyat həqiqətlərini tapa bilmək üçün müstəqil düşünsün, qrup halında, kollektiv şəkildə əməkdaşlıq edə bilsin, qarşılıqlı hörmət və ünsiyyət şəraitində irəli sürülmüş problemləri (qoyulmuş sualları) həll edə bilsinlər. Düzgün təhsil və təlim mühiti şəraitində məktəb bütün diqqətini şagirdlərin hərtərəfli inkişafına, onların maraq və ehtiyaclarının təmin olunmasına istiqamətləndirməlidir. Belə olduqda, təhsilin məqsədi şagirdlərə biliklərin yalnız nəzəri cəhətdən deyil, praktikaya əsaslanmaqla, inkişafetdirici xarakterdə verilməsini təmin edə bilər.

Təhsilin xüsusiyyəti, əhəmiyyəti, məqsədi, vəzifələri, şagirdin iştirakı baxımından təlimin təşkili, müəllimin məqsədi (bilikləri çatdırmaq, müstəqil öyrənənlər yetişdirmək, mənəvi və siyasi dəyərlər aşılamaq), təhsil konsepsiyalarının xüsusiyyəti, təhsilin idarə edilməsinin qanunauyğunluqları və s. amillər təhsilin fəlsəfəsini təşkil edir.

Ənənəvi təhsilin six disiplininə, passiv öyrənməyə qarşıdır. Ən tanınmış təmsilçiləri Con Dyui, H.Kilpatrik və Body.H. Bodedir. Təhsil cəmiyyətdə ənənəvi olaraq davam edən standartları dəyişməzlikləri deyil, davamlı olaraq dəyişən həyatı öyrətməlidir. Təhsillənmiş insan həyata uyğun deyil, həyata istiqamət verən, onu inkişaf etdirən olmalıdır. Xüsusilə ABŞ-da təhsilində bu nəzəriyyə uşağın maraqlarına istiqamətlənməklı, şəxsi problemlərinin həllinə, uşağın öz həyatını qurmasına doğru məqsədlənməlidir.

Progressivizmin əksinə olaraq təhsil məqsədlərinin dəyişməz olduğunu, davamlı olması lazım olduğunu müdafiə edən bir nəzəriyyədir. Sürətli dəyişmə içərisində insanın təbiətinin eyni qalması, əsas əxlaqi dəyər və prinsiplər təhsilin əsasını təşkil etməlidir. Dünyanın hər yerindəki insan eyni olduğu üçün təhsilin məqsədi də hər yerrdə eyni olmalıdır. Fiziki və mədəni fərqliliklər vacib deyildir. Təhsil proqramları dövrlər və mədəniyyətləri üstələməlidir. Bilik insana ən qısa yoldan verilməlidir.

Təhsilin məqsədi bizə qədər yığılmış biliklərin ötürülməsinə dayanmalıdır. Bunlar müəllim vasitəsilə şagirdlərə ötürülməlidir. Təhsil uşağın maraqlarına dayana bilməz, çünki bu keçicidir, təhsildə disiplin olmalıdır. Təhsilin mərkəzində müəllim var. Uşaq dünyanı tanımaq, həyata hazırlanmaq üçün məktəbə gedir, onu öz halına buraxa bilmərik. Çünki tarix boyunca yığılmış biliklər, onun öz yaşayışı ilə tapacaqlarından daha vacibdir. Bu fəlsəfə görə təhsil mədəniyyəti qorumalı, davamlılığına imkan yaratmalı, cəmiyyətin qəbul etdiyi dəyərlər təhsil vasitəsilə yeni nəsillərə ötürülməlidir.

Təhsilin vəzifəsi əsrimizin mədəni krizini aşmaq üçün cəmiyyətin yenidən qurulmasıdır. Bu qurulma əsnasında bütün əsas dəyərlər yenidən araşdırılmalıdır. Yeni bir cəmiyyət yaratmaq üçün məktəb liderlik etməlidir. Müasir həyat içində sənaye sistemi, maddi və mədəni mənbələrin insanlar tərəfindən istifadəsi nəzarət altına alınmalıdır. Köhnə təhsilin işə yaramayan tərəfləri atılmalı, təhsildə məqsəd və vasitələr yenidən qurulmalıdır. İçində olduğumuz sənaye dövrünə uyğun bir mədəniyyət yaratmalı və yeni cəmiyyət demokratik olmalıdır. Müəllim şagirdləri demokratik şəkildə dəyişməyə hazırlamalıdır.

Kərim Novruzov,

Ağdam rayon 95 nömrəli məktəbin tarix müəllimi

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN