Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə təhsil sahəsi ilə bağlı bir çox açıqlamalar verib, təkliflər səsləndirib.

Lakin nazirin  bir çox fikirləri heç də birmənalı qarşılanmayıb, ictimai müzakirələrə yol açıb.

Məsələn, Emin Əmrullayevin fikrincə, məktəb direktorları setifikatlaşdırma müsabiqəsində yüksək nəticə göstərən isdedadlı müəllimlər arasından seçilərək təyin edilməlidir.

 Lakin nazirin bu fikri ilə təhsil eksperti Nabatəli Qulamoğlu da razılaşmayıb.

O, KİV-ə açıqlamasında bildirib ki, məktəb direktou yalnız savadlı müəllimlər deyil, eyni zamanda təşkilatçılıq, idarəçilik qabiliyyətinə, geniş dünyagörüşünə, həmçinin yüksək əxlaqi keyfiyyyətlərə malik olan şəxslər olmalıdır.

O, məktəblərdə kifayət qədər savadlı, lakin idarəçilik qabiliyyəti zəif direktorların olduğundan da sitat gətirib.

***

Əlbəttə, könül istər ki, məktəb direktorları bütün bu sadalanan keyfiyyətlərə sahib olan müəllimlərdən seçilsin. Çünki savadsız direktor şagirdlərin, müəllimlərin savadlı olmasında maraqlı olmayacaq, idarəçiliyi bacarmayan nə pedaqoji, nə də valideyn- şagird kollektivi ilə düzgün münasibət qurmayacaq, əxlaq problemi olanın rəhbərlik etdiyi məktəbdə isə özbaşınalıq, hərc-mərclik, dedi-qodu ... hökm sürəcək.

Yəqin ki, müəllimi kollektivdən, valideyn və şagirdlərdən daha yaxşı tanıyan yoxdu.

Lakin son qərarı nazirlik verir. Və verilən hər bir qərar təhsilimizə birbaşa təsir edir – yaxşı və ya pis.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN