Bir müddətdir ki, orta məktəb proqramına məntiq fənninin əlavə olunması ətrafında söz-söhbətlər dolaşmaqdadır.

Hətta məsələ ilə bağlı Ağdam rayon 91 saylı orta məktəbin direktoru Nemət Rüstəmli tərəfindən Elm və təhsil naziri Emin Əmrullayevə müraciət – təklif də olunub və onun bu müraciəti KİV-də də yayımlanıb.

Müəllim nazirə etdiyi müraciətində dünya ölkələrindəki orta və ali təhsildən misal çəkib - Lütfi Zadəninin nəzəriyyəsinin tədris olunduğunu, hətta ali məktəblərə qəbul imtahanlarında belə məntiqdən imtahan verildiyini bildirib.   

O, təəssüflə bildirib ki, ölkəmizdə bu fənn yalnız  magistr pilləsinə və dövlət qulluğuna qəbul zamanı tətbiq edilir.

Onun sözlərinə görə, özəl təhsil müəssisələrində və hazırlıq kurslarında dərs alan şagirdlərə məntiq dərsləri tədris olunduğu üçün onlar bu müsabiqlərdə daha çox uğur qazanırlar.

“Deməli,bizdə də məntiq fənnin ayrıca tədrisinə ehtiyac yaranmışdır.Hamımız yaxşı bilirik ki,məntiqi təfəkkürü yüksək olan insan bütün istiqamətlərdə uğur qazana bilər”, - deyə bildirib.

Həmçinin Nemət Rüstəmli ”...tədris etmədiymiz fəndən Olimpiada təşkil etmək, Fənn müsabiqəsinə sual salmaq,Sizcə, nə qədər doğrudur?”, - sualını da nazirə ünvanlayıb.

 Müəllim təklif edib ki, məntiq fənni üçün tədris proqramına hansısa əlavələr də etməyə ehtiyac yoxdur və bu işin öhdəsindən I-XI siniflərdə dərsdənkənar məşğələ saatları hesabına gəlmək olar...

 “Kenquru kimi beynəlxalq olimpiadalardan tutmuş (hansı ki, 2-ci sinif və yuxarı yaş həddləri iştirak edir) bir çox olimpiadalarda, liseylərə qəbul proqramında, magistratura, işə qəbul və s-də bu gün Məntiqdən suallar təqdim olunur. Əgər həyatımızın hər anında buna ciddi ehtiyac varsa, niyə orta məktəb proqramında tədris edilməsin ki?!”

Bu fikri isə məntiq müəllimi Etibar Lətifli KİV-ə açıqlamasında bildirib.

Onun fikrincə, yaxın zamanlarda məntiq fənni məktəb proqramına daxil ediləcək.

...Yəqin ki, məntiq fənninin orta məktəblərdə tədrisinin əleyhinə olan çıxışlar da olacaq və bu normaldır. Çünki hər kəs məsələyə öz baxış bucağından yanaşır və öz arqumenti var.

Lakin son sözü elm və təhsil nazirliyi deyəcək – məntiq fənninin orta məktəblərdə tədrisi vacibdir, ya yox?  

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN