Sertifikasiyanın nəticəsinə görə, hər 100 nəfər müəllimdən 25-i savadsızdır...

Son illər orta məktəb şagirdləri həm buraxılış, həm də qəbul imtahanlarında istənilən nəticəni göstərmirlər, hətta bölgələr, məktəblər var ki, savadsız şagird yetişdirməkdə öndə gedənlərdəndir. Bunu onların hər il ali məktəblərə qəbul nəticələrindən görmək olar.

Valideynlər son ümidlərini repetitor hazırlıqlarına bağlayırlar və övladlarının ali məktəblərə qəbul olunmasına bu yolla nail olacaqlarını düşünürlər. Nə qədər acınacaqlı olsa da, illərlə orta məktəbdə zəif təhsilverənlərdən təhsil almış həmin şagirdlər, bir çox halda ali təhsildən kənarda qalırlar. Repetitor hazırlıqları və bu yolda bəzən borca girərək səpilən pullar da faydasız olur, çünki şagirdin savad təməli əvvəldən çox zəif olur...

Elm və təhsil naziri Emin Əmrullayev də ötən gün Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda çıxışı zamanı etiraf edib ki, sertifikasiya imtahanında iştirak edən hər 4 müəllimdən 3-ü öz fənnindən minimal biliklərə sahibdir. 

Nazirin bu sözlərindən belə məlum olur ki, sertifikasiya imtahanında iştirak etmiş hər 100 müəllimdən 25-i savadsızdır və ən minimal biliklərə belə sahib deyil.

Bəli, bu gün şagirdlərə ən sadə suallara belə cavab verə bilməyən müəllimlərin mürəkkəb məsələlərin həllində yetirmələrinə necə yardım etdikləri sual doğurur. Müəllimlərin savad səviyyəsinin aşağı olması həm cəmiyyətin bəlasıdır, həm də gələcəyimizə olan təhdiddir.

Hər bir halda bütün yollar təhsilverənlərə gedir – həm orta, həm orta ixtisas, həm də ali.

Yəqin ki, bu barədə ciddi düşünülməlidir. Səbəblər çözülməli və həlli yolları tapılmalıdır.

JASMİN  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN