PubMed-də (1997-2017) tam olaraq 158 qeydiyyatdan keçmiş yazısı var.

Danimarkada Azərbaycan diasporunun fəal üzvü, azərbaycanlı tibb professoru Məsud Aşina başağrıları sahəsində dünyanın ən məhsuldar alimi seçilib.

Diaspora Komitəsinin yaydığı məlumatda bildirilib ki, əsas məqsədi dünyanın ən savadlı həkimlərini və sağlamlıq mütəxəssislərini tapmağa kömək etmək olan “Expertscape”in son on il ərzində dünyada başağrıları sahəsində ən yüksək məhsuldarlıq göstərmiş və elmi töhfə vermiş alimlərin siyahısında professor Məsud Aşina birinci yerdədir. 

Başağrıları nevrologiyanın çox vacib bir sahəsi kimi dünyada bir milyard insanın əziyyət çəkdiyi miqren xəstəliyinin tədqiqi və müalicəsini nəzərdə tutur. Tibb sahəsində reytinqlərin hazırlanması ilə məşğul olan və Milli Tibb Kitabxanasının (MEDLINE) verilənlər bazasında indekslənmiş bütün tibbi nəşrləri araşdıran dünyanın bir nömrəli və nüfuzlu “Expertscape” nəşri 2011-ci ildən 2021-ci ilə qədər başağrıları sahəsində dərc olunmuş 12.525 məqalə əsasında son 10 ilin reytinqini hazırlayıb.

Xatırladaq ki, Məsud Aşina 1965-ci il dekabrın 29-da Bakıda anadan olub. Azərbaycan Tibb Universitetinin məzunudur. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Başağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru vəzifələrini icra edir.

Soydaşımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ildə “YAŞAT” Fondunun Himayəçilik Şurasına üzv təyin edilib.

Qeyd edək ki, Məsud Aşina 1998-ci il Ən yaxşı elmi təqdimat üçün “Moqens Foq” mükafatı (Danimarka Nevrologiya Cəmiyyəti), 2000-ci il QlaksoSmitKlayn tədqiqat mükafatı, 2003-cü il Elmi nailiyyətləri üçün Danimarka Miqren Cəmiyyəti mükafatı, 2005-ci il Nevrologiyada elmi nailiyyətləri üçün Roşe mükafatı (Danimarka Nevrologiya Cəmiyyəti) almışdır.

300-dən çox qəzet, məqalə və kitab fəsli yazılmışdır. PubMed-də (1997-2017) tam olaraq 158 qeydiyyatdan keçmiş yazısı var.

Təqdim etdi: JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN