Niyə imtahanlar şagirdlərin bilik səviyyəsinə uyğun tətbiq edilmir?
***
Məlum olduğu kimi, ali məktəblərə test üsulu ilə qəbul imtahanları tətbiq olunduqdan sonra ilbəil çətinləşən test sualları şagirdləri əlavə hazırlıq müəllimlərinə- repetitorlara üz tutmağa vadar edib.
İllərdir ki, orta məktəb proqramları ilə DİM-nin hazırladığı ali məktəblərə qəbul testləri arasında fərq olduğu deyilir. Həmçinin orta məktəb müəllimlərinin verdiyi bilik, şagirdlərin ali məktəbə qəbulu üçün yetərli olmur. Yəni, orta məktəb şagirdlərinin əksəriyyəti özəl dərs almadan ali məktəb imtahanlarından yüksək nəticə əldə edə bilmirlər.
Təhsil eskperti Elşən Qafarov KİV-ə açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi imtahan keçirən texniki qurum olmalıdır və imtahan sualları mütləq şagirdlərin bilik və bacarıqlarına uyğun tərtib edilməlidir.
Ekspert diqqətə çatdırıb ki, DİM-in öz standartları, qaydaları, dərslikləri və proqramları var.
“Sanki təhsildə iki qurum var və mexnizimlər daha çox Dövlət İmtahan Mərkəzindədir. Nəticəni o ölçür deyə, istənilən zaman sualları çətin edib, sadələşdirə bilər. Hər il olduğu kimi, bu il də inanmıram ki, suallar çətindi, yaxud şagirdlərin bilik və bacarıqları zəifdir”, - bildirib.
Elşən Qafarov “ Dövlət İmtahan Mərkəzi təhsil üzərində böyük bir oyun oynayır və bütün bunlar həmin oyunun gedişatıdır", -deyə vurğulayıb.
JASMİN