Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı bu gün saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən Tezadlar.az-a bildirilib ki, iyulun 4-ü saat 15:00-a olan məlumata əsasən 933 namizəd (Azərbaycan bölməsi - 705; rus bölməsi - 228) imtahana yazılıb.
Qeydiyyat üçün Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaq lazımdır.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdi iyulun 16-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə avqustun 13-də keçiriləcək.