Bu il ali məktəblərdə təhsil haqqı artırılacaq.

Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.

O, KİV-ə açıqlamasında  bu il bakalavr və magistraturanın bir sıra ixtisaslarında təhsil haqqının artırıldığını vurğulayıb.

Ekspert nəzərə çatdırıb ki, bunu magistr jurnalına nəzər saldıqda görmək mümkündür.

Kamran Əsədov “ 4 saylı magistr jurnalını 2022-ci ilin eyni jurnalı ilə müqayisə etdikdə təhsil haqlarının 100-200 manat artdığını müşahidə edirik”, - deyib.

Onun sözlərinə görə, bu baxımdan bakalavr pilləsində 100-200, bəzilərində isə 300 manat artım olacağı gözlənilir.

 Ekspert ali məktəblərdə 49% yerin, yəni təxminən 25 minə yaxın plan yerinin ödənişli olacağnı da bildirib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN