Məlum olduğu kimi, 11-15 iyul tarixlərində Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanları keçirildi.

Vakant yerlərin 10 minə yaxın olduğu deyilsə də, həmin boş müəllim vəzifələrinin hansı təsil  müəssisələrində olduğu açıqlanmayıb. Bəzən müəllim olmaq istəyənlər öz yaşadıqları ərazilərə yaxın məktəblərdə işlə təmin olunmaq istəyirlər. Amma problem ondadır ki, onlar vakant yerlərin hansı məktəblərdə olduğunu əvvəlcədən öyrənə bilmirlər.
Əgər yaxın məktəblərdə vakant yer olmadığını öyrənərlərsə, 1 il ərzində imtahanlara da hazırlaşmaz, vaxt və enerji itirməzlər.

MİQ müsabiqəsinə çıxarılan vakant yerləri niyə əvvəlcədən elan edilmir?

 TEZADLAR.AZ xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bildirib ki, MİQ-də vakant yerlərin öncədən elan olunmamasında Elm və Təhsil Nazirliyinin bəzi məsul şəxslərinin maraqları var: 

 “İlk növbədə, qeyd edim ki, hazırda respublikanın 4432 umumtəhsil müəssisəsində 142 mindən çox müəllim çalışır. Ümumi təhsil müəssisələrində yeni tədris ili üçün müəllim vakansiyası hansı hallarda formalaşır? Birincisi, bildiyimiz kimi, müəllim kimi çalışmağın son yaş həddi 65-dir. Yaşı 65 olanlar müəssisədən ayrılırlar. İkincisi, səhhəti ilə bağlı ciddi bir problem olarsa və ya ölüm halı yaşanarsa. Sonuncu variant isə yeni siniflərin açılmasıdır. Düşünürəm ki, may ayının sonuna kimi vakansiyalar müəyyənləşə bilir.

Artıq hər şey elektronlaşıb. Elm və Təhsil Nazirliyi yaşı 65 olan müəllimlərin sayını da bilir və may ayının sonuna kimi ümumi vakant yerləri barədə məlumatlı olur. Buna baxmayaraq, vakansiyaları çox gec elan edirlər". 
K.Əsədovun sözlərinə görə, adətən elan edilmiş vakansiyalarda  “yaxşı məktəblər" gözə çarpmır ki, bu da qaranlıq mətləblərdən xəbər verir.
 

"Çox təəssüflər olsun ki, müəllimlərin işə qəbulunun test məhrələsində də, vakansiya seçimində də şəffaflıq yoxdur. Bu il 10 minə yaxın vakansiya çıxarılacağı deyilsə də, elan olunandan sonra bunun az olduğunu görəcəyik”.   

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN