Rusiya Gürcüstan vətəndaşlarından universitetlərdə pulsuz təhsil almaq üçün ərizələrin qəbuluna başlayıb.

Təhsil Rusiya dövlət büdcəsi hesabına baş tutacaq və ərizə qəbulu sentyabrın 1-dən başlanacaq.

Belə ki, təhsil 2024-cü ilin payızında başlayacaq.

Rusiyada büdcə təhsili müsabiqəsində iştirak etmək üçün aşağıdakılara icazə verilir:

Gürcüstan vətəndaşları, Rusiya Federasiyasında qeydiyyatı olmayan, lakin Gürcüstanda yaşayış icazəsi və ya yaşayış icazəsi olan ruslar və

vətəndaşlığı olmayan şəxslər.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında uzun illərdir ki, soyuq yellər əsir. Səbəb isə 2008-ci ilin avqust ayında Gürcüstan, Rusiya Federasiyası və Rusiya tərəfindən dəstəklənən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya və Abxaziya arasında baş vermiş müharibədir. Rusiya müharibədən sonra - avqustun 26-da Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır. Həmçinin bu müharibəyə 5 günlük müharibə də deyilir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN