Gürcüstanın orta və ali məktəblərində yeni 2021-2022-ci tədris ili koronavirus pandemiyası səbəbindən distant formada başlayıb.

Dövlət və özəl təhsil müəssisələrində bu qaydada tədris oktyabrın 4-dək davam edəcək.

Ölkənin Təhsil və Elm Nazirliyinin qərarı ilə birinci sinfə qəbul olunan şagirdlər oktyabrın 4-dən tədrisə əyani qaydada başlayacaqlar. Bu qərar yalnız koronavirusa yoluxma göstəricisi 4 %-dən aşağı olan şəhər və kəndlərə şamil olunacaq.

Qeyd edək ki, oktyabrın 4-dən sonra ölkə üzrə bütün təhsil ocaqlarında dərslərin siniflərdə keçirilməsinə qərarın veriləcəyi gözlənilir.

Uşaq bağçalarına gəlincə, onlar oktyabrın 4-dək fəaliyyət göstərməyəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN