Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində dünən təşkil olunan hakatonun yarış mərhələsində yerli və beynəlxalq mentorların iştirakı ilə infosessiya keçirildikdən sonra, uşaqlar bütün gün ərzində layihələrini hazırlayıblar.

Komitədən Tezadlar.az-a verilən məlumata görə, salamlama nitqi ilə çıxış edən Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov tədbirin əhəmiyyətinə diqqət çəkərək, hakatonun, uşaqlarda innovativ düşüncənin formalaşmasına, rəqəmsal bacarıqlarının inkişaf etməsinə töhfə verdiyini bildirib.

Çıxış edən Dövlət Agentliyinin İKT infrastrukturunun idarəedilməsi və İT xidmətlərinin təşkili şöbəsinin müdiri Səmral Əliyev yarışmada iştirak edən uşaqları final mərhələsinə çıxmaları münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, “İTi Zəka-2” hakatonu üçün seçimlərin qeydiyyat mərhələsindən 14-17 yaşlı uşaqlardan ibarət 130 komanda keçə bilib, münsif heyəti tərəfindən aparılan qiymətləndirmə ilə ən yüksək bal toplayan 22 komanda finala vəsiqə qazanıb. Daha sonra komandalar hazırlıq təlimlərinə cəlb olunublar.

***

Bu gün - iyulun 4-də isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və "Azərbaycan Gənclərinin İnkişaf Platforması" İctimai Birliyinin birgə təşkil etdiyi uşaqlar arasında “İTi zəka” hakatonunun qiymətləndirmə və mükafatlandırma mərasimi keçirilib.

1

“Four Seasons” otelində keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə giriş nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarına gələcək həyatlarında uğurlar arzulayıb.

Komitə sədri bildirib ki, belə tədbirlər gənclərə gələcək həyat fəaliyyətlərində stimul olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov müasir dünyamızın texnologiya dövrü olduğunu bildirib, bu dövrdə rəqəmsal biliklərə yiyələnməyin önəmini vurğulayıb və belə tədbirlərin bu sahədə inkişafa dəstək göstərdiyini qeyd edib.

Sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, dünya nə qədər “robotlaşmağa” doğru getsə də, ölkənin gələcəyi insan kapitalına bağlıdır və gənc nəslin nümayəndələri bütün yeni çağırışlara hazır olmalıdırlar.

Texnoloji innovasiyalar dövründə yaşadığımızı diqqətə çatdıran gənclər və idman nazirinin müavini İndira Hacıyeva deyib ki, gələcəyimizi texnologiyasız, innovasiyalarsız təsəvvür etmək artıq qeyri-mümkündür. Buna görə də dünyaya inteqrasiya və inkişaf üçün texniki elmlərə əhəmiyyət vermək lazımdır. Bunun üçün isə hər bir vətəndaşa lazım olan əsas xüsusiyyət vətənpərvərlik hissidir.

Daha sonra “İTi zəka” hakatonu barədə videoçarx nümayiş etdirilib.

Sonda qaliblərə mükafatlar təqdim olunub.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN