“Nazir güclü İT mütəxəssisidir, lakin rusdilli məktəbi bitirib...”
Qirğizistan Respublikasında Joqorku Keneşin iclasında deputatlar ölkənin Təhsil Nazirliyinin rəhbəri Doqdurkul Kendirbayevadan təhsilin qırğız dilində aparıldığı məktəblərdə təhsilin səviyyəsini yüksəltməyi tələb ediblər.
TEZADLAR.AZ Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, millət vəkili Eldar Abəkirov qeyd edib ki, regionlarda ümumi təhsil müəssisələrinin məzunları üçün orta ÜRT (ümumrespublika testi - red) balı 110-120 bal təşkil edir.
“Məsələn, keçən dəfə parlamentdə bir nazir var idi. O, güclü İT mütəxəssisidir, lakin rusdilli məktəbi bitirib. Təəssüf ki, Qırğızıstan məktəblərində qızıl sertifikat sahibi demək olar ki, yoxdur. Bir ildir ki, bu məsələ ilə bağlı sizə məktublar yazıram, amma siz buna əhəmiyyət vermirsiniz. Xahiş edirəm, qırğızdilli məktəblər üçün ayrıca qızıl sertifikatlar verilsin. Onların təhsil səviyyəsini yüksəltmək üçün proqram qəbul edin", - deyə deputat vurğulayıb.
Deputatın sözlərinə görə, problem tribunadan səslənəndən sonra nazirlik müəllimləri çağıraraq onlara təzyiq göstərir, onlardan təhsilin aşağı səviyyədə olmasını xalq nümayəndələrinə deməməyi tələb edir.
Deputatın həmkarı Kamilə Təliyeva isə qeyd edib ki, rayonlarda valideynlər belə məktəblərin kənddən uzaqda yerləşməsinə baxmayaraq, övladlarını rus siniflərinə verirlər.
JASMİN