Sosial şəbəkələrdə ADNSU tələbələri bildiriblər ki, unibook sistemində baş vermiş texniki xətaya görə qayıbların hesablanmasında səhvə yol verilib.

Məsələ ilə bağlı açıqlama verən ali məktəbin Mətbuat Xidmətinin rəhbəri Bəhruz Nəzərov deyib ki, bu gün problem tamamilə aradan qaldırılacaq.

O bildirib ki, dərslər pandemiyaya görə sentyabrın 15-i deyil, sentyabrın 29-da başlaması universitetin unibook sistemində müəyyən texniki problemlər yaradıb: "Belə ki, proqram dərs saatlarını 15-sentyabrdan hesablayıb. Buna görə də bəzi sistem tələbələr qayıb limitini keçmiş kimi göstərib. Bu gün problem tamamilə aradan qaldırılacaq. Tələbələrin narahatçılığına heç bir əsas yoxdur".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN