Texnikumların məzunları ali məktəblərin ikinci kursuna imtahansız daxil ola biləcəklər, lakin bəzi şərtlər var...

Özbəkistanda texnikum məzunlarının ölkənin ali məktəblərinə daxil olması üçün, yalnız müsahibədən keçməsi kifayətdir.

Bu barədə  respublikanın Ədliyyə Nazirliyi məlumat yayıb.

 Qeyd edilənlər, yanvarın 11-də Özbəkistan Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, texnikumları müvəffəqiyyətlə bitirmiş məzunların qəbulu qaydası haqqında Əsasnamədə nəzərdə tutulub.

Müsahibədən keçən məzunlar ixtisaslarına uyğun olaraq, universitetlərin bakalavr pilləsinə - birbaşa  ikinci kursa daxil ola biləcəklər.

Bildirilir ki, qeydiyyat ödənişli - müqavilə əsasında aparılacaq, ödənişin məbləği isə universitet tərəfindən müəyyən edilir.

Texnikumu müvəffəqiyyətlə bitirən məzunlar semestrləri “4” və “5” qiymətlərlə  başa vuranlardır. Bununla belə, qiymətlərin ən azı yarısı (50%-i)  “5” olmalıdır (tibb universitetləri üçün ən azı 85%).

Və texnikumu bitirən məzunlar yalnız iki il ərzində, universitetə imtahansız ​​daxil olmaq hüququndan istifadə edə bilərlər.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN