Məlum olduğu kimi, Azərbaycanda şagird sayı ən az və ən çox olan məktəblər açıqlanıb.

Təhsil Nazirliyindən bildirilib ki, ən az şagirdi olan məktəb Qusar rayon Çətkün kənd ibtidai məktəbidir. Məktəbdə 1 şagird təhsil alır, 2 müəllim çalışır.

Qeyd edilib ki, ən çox şagirdi olan məktəb isə Abşeron rayon Xırdalan şəhər 2 nömrəli tam orta məktəbidir. Məktəbdə 6254 şagird təhsil alır və 426 müəllim çalışır.

Qusarın Çətkün kənd məktəbində 1 şagirdin təhsil alması ictimaiyyət tərəfindən müzakirələrə səbəb olub. Hətta bir şagirdə görə məktəbin bağlanması məsələsi də ortaya atılıb.

Məsələ ilə bağlı Qusar Rayon Təhsil Şöbəsindən bildirilib ki, sözügedən məktəbdə 1 şagirdin təhsil alması kəndin kiçik olması və çox ailələrin paytaxta üz tutmaları ilə bağlıdır: “Şagird sayı bu il azalıb. Həmin sinifdə oturmalı yaşda bir şagirdimiz var. Qalan 4-cü sinfi bitirənlər ümumi orta məktəbə gedib. Çünki gənc ailələrin çoxu şəhərə köçüb”.

Təhsil Şöbəsinin rəsmisinin sözlərinə görə, keçən il Çətkün kənd ibtidai məktəbdə 7 şagird, ondan əvvəl 10, iki il əvəl isə 3 şagird təhsil alıb: “Ucqar və balaca bir kənddir. Gələn il 3-4 şagird olacaq. Bunu Təhsil Nazirliyi də bilir və məktəbin 1 şagirdlə saxlanılması razılaşdırılıb. Bilirsiz ki, məktəb bağlansa, açmaq nə qədər çətin olacaq. Onu da deyim ki, bura Qusar Rayon Təhsil Şöbəsinin rəhbərinin oxuduğu məktəbdir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN