2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil

almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda tibb təhsili yoxdur, amma ictimai səhiyyə ixtisası var. 

 Bunu təhsil nazirinin müşaviri Nicat Məmmədli "Təhsil masası"nda deyib. (azedu)

 O bildirib ki, xaricdə təhsil üzrə dövlət proqramında üstünlük magistratura pilləsinə verilir, tibb təhsilində isə magistratura pilləsi yoxdur:

 "Tibb təhsilinin uzunmüddətli olması, bəzi ölkələrdə bunun kifayət qədər bahalı olması qoyulan investisiyanın geri qaytarılması nöqteyi-nəzərindən də ciddi problemlər yarada bilir. Bununla bağlı böyük ehtimalla bu yaxınlarda elan edəcəyimiz ayrıca bir layihəmiz olacaq”. 

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN