«Torpağı işğaldan azad etsək də, zehnimiz hələ də ərəbin işğalındadır».

(Əvvəli ötən yazıda)

...Bir sıra ziyalılar bu günə mövcud olan Türkiyə türkcəsini ümumtürk ədəbi dili olaraq qəbul edilib öyrənilməsi fikrini irəli sürürlər. Məsələ bundadır ki, o da başqa türk dialektləri kimi ərəb, fars, rus, avropa millətlərinin sözləri ilə doludur.  Bundan başqa, hətta bu halda belə Türkiyə türkcəsi dünyanın zəngin dilləri ilə müqayisədə həddən artıq kasad söz fonduna malikdir. Türkiyə türkcəsi ümumtürk dili olaraq qəbul ediləcəyi halda biz başqa türk dialektlərində olub, ümumtürk ədəbi dilini dünyanın 2-3 zəngin və mükəmməl dilindən birinə çevirə biləcək doğma türk sözlərini əbədi itirmiş olacağıq. 13 əsrdən çoxdur ki, – «Məndə sığar iki cahan, mən bu cahana sığmazam» – deyənNəsiminin reallığı əks etdirən fəlsəfəsinə arxa çevirib, gənc şair İbrahim Xudai demişkən, – «Torpağı işğaldan azad etsək də, zehnimiz ərəbin işğalındadır».

Doğrudanmı biz o qədər şüursuz millətikmi ərəbin, farsın milli mənafeinə qulluq edən nağılların quluna çevrilib bu günkü acınacaqlı duruma düşdüyümüz kimi, yad millətlərin sözlərinin (oxu, dilinin) inkişafına xidmət edə-edə öz milli mənliyimizi itirməliyik? Bu amillər gec-tez bizi tez bir zamanda bütün türk dialektlərində olan türk sözlərini toplayıb zəngin və mükəmməl ümumtürk dili yaratmaq zərurəti qarşısında qoyacaq.

Əvvəlcə Türkiyə türkcəsini sonradan yeni yaradılacaq ümumtürk ədəbi dilini akademik səviyyədə mənimsəyərək tətbiq etdikdə isə, təkcə monolit milli birliyin yaranıb cilalanması və elmi inkişaf prossesində deyil, bütün istiqamətlər üzrə inkişaf prossesində ikiqat zaman itirəcəyik. Təkcə Azərbaycan türkləri 20-ci əsrdə ərəb, latın, kiril, yenidən latın əlifbasına keçməklə inkişaf prossesində böyük itkilərə məruz qalmışlar. Bu itkilərin hamısının miqdar və dəyərini konkret ölçülərdə hesablamaq texniki cəhətdən mümkün olmasa da, məntiqlə bu itkilərin həcminin çox böyük olduğu aydın görünür.

Di­gər bir mə­sə­lə­ də var ki, bütün apa­rı­cı türk di­li mütə­xəs­si­lə­ri türk xalq­la­rı­nın mövcud dil­lə­ri­ni iki qru­pa bölə­rək iki zən­gin və möhtə­şəm türk ədə­bi di­li­nin ya­ra­dıl­ma­sı im­ka­nı­nı təs­diq və qə­bul edir. Bu qrup­lar­dan bi­ri Türki­yə, Şi­mal­lı- Cə­nub­lu Azər­bay­can, Türkmə­nis­tan, Özbə­kis­tan, Uy­qur­lar, Qa­qa­uz­lar və sa­ir­lər­dir. Di­gər qru­pa isə Qa­za­xıs­tan, Al­tay, Kal­mık, Si­bir türklə­ri və s. da­xil­dir.

İki ümumtürk ədə­bi di­li­nin ya­ra­dı­lıb bütün türk dövlət­lə­rin­də hər iki di­lə rəs­mi dövlət di­li sta­tu­su ve­ri­lə­rək təd­ris və tət­biq edi­lər­sə dünya türklə­ri­nin çox qı­sa ta­ri­xi za­man­da vəh­də­ti­nə na­il ol­maq olar. Bu tək­li­fə ağız büzən­lə­rə bu baş­dan ca­vab ve­ri­rəm ki, bu gün Av­ro­pa mək­təb­lə­ri­ni bi­ti­rən bütün mə­zun­lar 3-4 di­li mükəm­məl bi­lir, Av­ro­pa­nın ək­sər ölkə­lə­rin­də iki di­lin rəs­mi sta­tu­su var. Ka­na­da­da isə in­gi­lis, al­man, fran­sız dil­lə­ri rəs­mi dövlət dil­lə­ri­dir. Əgər bu ölkə­lər­də bir-bi­ri­nə ta­ma­mi­lə yad olan 2-4 dil rəs­mi dövlət di­li ki­mi mövcud ola bi­lir­sə ni­yə türk dövlət­lə­rin­də iki doğ­ma türk di­li rəs­mi dövlət di­li ol­ma­ma­lı­dı­r?

Ha­zır­da müstə­qil sa­yı­lan türk dövlət­lə­ri, elə­cə də “türksoy” təş­ki­la­tı ilk növbə­də stra­te­ji mil­li mə­sə­lə olan bu iki ümumtürk di­li­nin ya­ra­dıl­ma­sı, onun təd­ri­si və tət­bi­qi üzrə ən ge­niş və güclü imkanları ol­du­ğu hal­da SSRİ-nin da­ğıl­dı­ğı 30 il ər­zin­də bu is­ti­qa­mət­də nə­in­ki əsas­lı, hət­ta xır­da sa­yı­la bi­lə­cək bir iş də görülmə­yib. Bu ba­xım­dan Azər­bay­ca­nın rəs­mi struk­tur­la­rı da­ha müdhiş iş­lər­lə məş­ğul­dur.

Ha­zır­da Təhsil Na­zir­li­yi­nin təs­diq et­di­yi or­ta mək­təb şa­gird­lə­ri üçün nə­zər­də tu­tu­lan ki­tab­lar­da şa­gird­lə­rə “blat­noy jar­qon­da” (kri­mi­nal ifa­də­lər) da­nış­ma­ğı öyrən­mək üçün his­sə­lər də nə­zər­də tu­tu­lub ki, bu da al­ter­na­tiv ma­te­ri­al ki­mi nə­zər­də tu­tu­lur və təd­ris­də de­mok­ra­ti­ya ki­mi qə­lə­mə ve­ri­lir. Ən ma­raq­lı­sı da bu­dur ki, on­lar be­lə bir təd­ris təcrü­bə­si­nin bir sı­ra ölkə­lər­də mövcud ol­du­ğu­nu əsas ar­qu­ment ki­mi önə çə­kir­lər. Bu Azər­bay­can türkünü türk mil­lə­ti­nin bir par­ça­sı ola­raq türklükdən uzaq­laş­dır­maq va­si­tə­si ol­maq­la, həm də çox təhlü­kə­li bir üsul­dur. Bu gün iq­ti­sa­di cə­hət­dən in­ki­şaf et­miş bir çox ölkə­lər­də, xüsu­si­lə Av­ro­pa ölkə­lə­rin­də iki qa­dı­nın bir ki­şi ilə və ya iki ki­şi­nin bir qa­dın­la ev­lə­nib üçlükdə bir ya­taq­da ya­ta­raq ey­ni za­man­dan cin­si əla­qə­yə gir­mə­si (bu­na hol­land ailə­si­də de­yir­lər) qa­dı­nın qa­dın­la, ki­şi­nin ki­şi ilə ev­lən­mə­si, mək­təb­lər­də ikin­ci si­nif şa­gird­lə­ri­nə cin­si əla­qə­lər­dən ne­cə zövq al­ma­ğın üsul­la­rı­nın öyrə­dil­mə­si, hət­ta bu­na ma­ne olan va­li­deyn­lə­rin azad­lıq­dan məh­rum edil­mə­si, əslində, «Maltus nəzəriyyəsinin» tətbiqi üsuludir Və bu, əhalinin artmasının qarşısını almaqla ölkədə vətəndaşların firavan həyatının yüksək səviyyədə saxlamaq üsulu və demokratiya kimi qələmə verilməsi, hətta bu dövlət­lə­rin qa­nun­la­rın­da rəs­mən təs­bit edil­miş hal­lar­dır.

Görə­sən şa­gird­lə­rə “blat­noy jar­qon” öyrə­dən ki­tab müəl­lif­lə­ri­nə, bu iş­də əli olan di­gər şəxs­lə­rə hüquq müha­fi­zə or­qan­la­rı bu­nun ni­yə­si ba­rə­də su­al ve­­rib­­lər­­mi­­? Və ya on­la­rın özlə­ri­nə və ya övlad­la­rı­na Av­ro­pa­nın bu de­mok­ra­ti­ya­sı və azad­lı­ğı­nı dad­ma­la­rı tək­lif edi­­lib­­mi­­? Mil­lə­tin bütövləş­mə­si, güclən­mə­si üçün heç bir iş görülmə­di­yi hal­da, mil­lə­ti par­ça­la­maq, cı­lız­laş­dır­maq, haqq yo­lun­dan çaş­dır­maq üçün müxtə­lif üsul şüar və tak­ti­ka­lar­dan gen-bol is­ti­fa­də edi­lib və bu gün də edi­lir. Mə­sə­lən cə­miy­yət­də heç bir konk­ret məz­mu­nu an­la­şıl­ma­yan “Ye­ni Azər­bay­can” ifa­də­si ki­mi “Azər­bay­can­çı­lıq” şüa­rı da cə­miy­yə­tə çox möhkəm sı­rı­nıb. Doğ­ru­su zur­na­çı zur­na ça­la­na­ de­yil­di­yi­ni bil­di­yim hal­da ötən 30 il ər­zin­də “Azər­bay­can­çı” nə ça­la­na de­yil­di­yi­ni bu günə­dək dərk edə bil­mi­rəm. Bu ay­dın­dır ki, hər bir in­san­da onun mən­sub ol­du­ğu ailə­nin, mə­həl­lə­nin, kən­din, şə­hə­rin, ma­ha­lın dövlə­tin, mil­lə­tin, əqi­də­nin və s. haq­qın­da di­gər­lə­ri ilə müqa­yi­sə­də hər han­sı bir dis­kus­si­ya, zid­diy­yət, toq­quş­ma ya­ra­nar­sa onun var­lı­ğın­da olan mən onu özünün mən­sub ol­du­ğu qru­pun müda­fiə­si­nə ins­tink­tiv ola­raq sövq edir. Bu ba­xım­dan be­lə ifa­də və şüar­la­rın be­lə ge­niş və is­rar­lı təb­li­ği­nə heç vaxt eh­ti­yac ol­ma­yıb və yox­dur.

Min­lər­lə şə­hid və qa­zi­lə­ri­mi­zi bu müqəd­dəs mə­qa­ma ucal­dan be­lə sax­ta ifa­də və şüar­lar yox, tor­pa­ğı­na, mən­sub ol­du­ğu mil­lə­tə və cə­miy­yə­tə onun öz “mən”in­dən do­ğan mə­həb­bət olub. Be­lə sax­ta ifa­də və şüar­lar müəy­yən adam­lar və qrup­lar tə­rə­fin­dən on­la­ra la­zım olan­da özlə­ri­nin əsil məq­səd­lə­ri­ni pər­də­lə­yə­rək kütlə­ni özlə­ri­nə la­zım olan is­ti­qa­mə­tə yönəlt­mək üçün is­ti­fa­də edi­lən tex­ni­ki va­si­tə­dir. Əs­lin­də bu şüar­ da re­gi­on­çu­luq, dəs­tə­baz­lıq və s. ki­mi par­ça­la­yıb hökmran­lıq et­mə­yin çox­say­lı va­si­tə­lər­dən bi­ri­dir.

Ümumtürk ədə­bi di­li­nin ya­ra­dıl­ma­sı mis­si­ya­sı­nı bu günə mövcud olan al­tı türk dövlə­ti­nin hər bi­ri öz üzə­ri­nə götürə­rək bu pro­se­sin sürət­lə apa­rı­lıb ba­şa çat­ma­sı üçün bütün mad­di, tex­ni­ki-təş­ki­la­ti tə­la­ba­tı ödə­yə bi­lər­di. Bu mis­si­ya­nı öz üzə­ri­nə götürmək­də da­ha çox ma­ra­ğı olan ölkə Azər­bay­can­dır. Be­lə ki, is­tər tor­pa­ğı, is­tər­sə də əha­li­si ba­xı­mın­dan ən çox iş­ğa­la mə­ruz qa­lıb par­ça­la­nan türk ölkə­si Azər­bay­can­dır. Şi­ma­li Azər­bay­ca­nın şi­mal tor­paq­la­rı olan də­mir qa­pı Dər­bənd Ru­si­ya­nın iş­ğa­lı al­tın­da­dır, Qər­bi Azər­bay­can vax­tı ilə Mosk­va tə­rə­fin­dən er­mə­ni­lə­rə, Bor­ça­lı tor­paq­la­rı Gürcülə­rə ve­ri­lib...  Ru­si­ya Qa­ra­bağın dağlıq hissəsini iş­ğal edə­rək er­mə­ni­lə­rin ix­ti­ya­rı­na ve­rib, Cə­nu­bi Azər­bay­can tor­paq­la­rı şövi­nist fars re­ji­mi­nin əsa­rə­ti al­tın­da­dır. Ha­ki­miy­yə­tin xa­ri­ci si­ya­sə­tin­də Ru­si­ya və Qərb ara­sın­da rəh­mət­lik Mol­la Nəs­rəd­di­nin “göy mun­cuq” oyu­nu­nu oy­na­ya­raq giz­lin­də hər bi­ri­nə özünün böyük mə­həb­bə­ti­ni izah edə­rək və­ziy­yə­ti qə­liz­lə­şən­də ağa­ca dır­ma­şan pi­şik ki­mi açıq sa­çıq Ru­si­ya­nın boy­nu­na sar­maş­ma­sı ba­şa düşülən­dir. Çünki Ru­si­ya ilə Azər­bay­ca­nın gücü ən azı fil ilə qa­rış­qa gücü nis­bə­tin­də­dir. Məhz bu­na görə də Azər­bay­can ha­ki­miy­yə­ti mil­li ma­raq­lar ba­xı­mın­dan ümumtürk ədə­bi di­li­nin ya­ra­dıl­ma­sı, təd­ri­si və tət­bi­qi­nə, yə­ni türkün bütövləş­mə­si­nə ən çox ma­raq­lı olan türk dövlə­ti ol­ma­lı­dır. La­kin mil­yard­lar­la dol­lar pu­lu mə­na­sız fes­ti­val­lar, ya­rış­lar ke­çi­ril­mə­si­nə, Va­ti­ka­nın xa­ra­ba qal­mış kil­sə­lə­ri­nin bər­pa­sı­na və s. xərc­lə­yənlər Azər­bay­can üçün son də­rə­cə böyük hə­ya­ti əhə­miy­yə­ti olan bu stra­te­ji mil­li mə­sə­lə­nin həl­li­ni öz üzə­ri­nə götürməlidir.

***

İstər təbii qloballaşma prossesi, istərsə də mövcud olan iri və güclü dövlətə malik olan millətlər kiçik və zəif millətlərin dövlətini məğlub edib, torpaqlarını mənimsəyərək özlərini də assimilyasiya edir. Ən yaxşı halda latın milləti kimi özü yox olub, dili müəyyən lokal sahədə qalır. Bu bəşər cəmiyyəti yaranan gündən insanların iradəsindən asılı olmayaraq daim davam edən obyektiv, real prossesdir. Bu gün türk millətinin bütövləşib güclənərək ayaqda qalmasının yeganə yolu mövcud müstəqil türk dövlətlərinin həyatın bütün istiqamətləri; iqtisadi, hərbi, elmi, inzibati, hüquqi və s. sahələrdə sürətlə vahid TURAN dövlətində üzvü surətdə birləşməsidir. Bu ÜZVÜ birləşməni mümkün edən əsas və həlledici amil isə bütün türkləri monolit, vahid millətə çevirə biləcək ÜMUMTÜRK ƏDƏBİ DİLİNİN yaradılaraq bütün türk cəmiyyətlərində tədris, təbliğ və tətbiq edilməsidir. Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə etdiyi səylər yüksək qiymətləndirilməkdədir.

Tarix də sübut edir ki, türk daim ancaq öz cəngavərliyinə güvənib öz dilinə, elminə, təhsilinə, mədəniyyətinə barmaqarası yanaşdığından hiyləgər Farslar, ərəblər cəngavər, lakin milli şüura malik olmayan türk hökmdarlarının başına noxta salaraq, onları kor-koranə yad milli mənafelərə xidmət etməyə sövq edə bilmişlər. Biz hətta bu gün də öz milli xilasımız olan ümumtürk ədəbi dilinin yaradılmasına biganə yanaşıb, ərəb, fars milli mənafeyinə xidmət edən nağıl kitablarını öpüb gözünün üstünə qoyan türk dövlət və millət rəhbərlərini görürük. Türk dövləti rəhbərlərinin bu qəbildən olan bəzi addımlarını dünyanın mövcud reallıqları, beynəlxalq münasibətlərdən yaranan situasiyada zəruri siyasi gediş kimi dəyərləndirmək olar. Lakin ölkədə bunların total təbliğatına rəvac verilməsi və təşkilati mövcudluğunun görməzdən gəlinməsi sonda milli mövcudluğumuza verilən qətl fərmanıdır. Bundan əlavə, ölkədə müxalifət adı və statusu ilə fəaliyyətdə olanların taleyüklü milli məsələlərə sahib çıxmaq əvəzinə heç bir sahədə, hətta cəmiyyətin hansı iqtisadi-ictimai quruluşa malik olmalı olduğu, bu quruluşun konkret iqtisadi, hüquqi, inzibati və s. sistemlərinin məzmun və mahiyyəti haqqında əsaslı proqram layihələri irəli sürmək əvəzinə, mücərrəd azadlıq və ya qərb ölkələrinin dövlət quruluşunu nəzərdə tutan «demokratiya» şüarı irəli sürərək, bu şüarların konkret məzmunu barədə susurlar.

Nə qədər ki, sıravi vətəndaşlardan tutmuş dövlət yetkililərinə qədər əksəriyyət cəmiyyətin sabit, davamlı inkişafı üçün dövlətin iqtisadi, hüquqi, inzibati və s. sistemlərinin, məmurların, vətəndaşların hüquq və vəzifələrinin hansı məzmunda olması, hansı qaydada tənzimlənməsinin zəruri olduğunu dəqiq bilmədikcə hər hansı bir kiçik, təsadüfi təsirdən belə cəmiyyətin müvazinətinin pozulması ehtimalı çox böyükdür. Bu baxımdan növbəti yazılarımda cəmiyyətdə real azadlıq və demokratiya anlayışlarının, dövlət və vətəndaşın, sabit, normal münasibətlərinin mövcudluğunu təmin edə biləcək əsas iqtisadi, hüquqi, inzibati amillərin qəzet məqaləsinə sığacaq qədər oxucuya təqdim etməyə çalışacağam.

Şa­pur Qa­si­mi,

politoloq

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN