“İmtina cavabı alan qazilərin əlillik təyinatına yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İşçi Qrup yaradılıb”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyib.

Onun sözlərinə görə, kimlərin diaqnozları yeni meyarlara görə əlilliyə əsas verirsə, onların özləri müraciət etmədən birtərəfli qaydada mütəxəssislər tərəfindən baxılacaq:

"Burada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyi ilə birgə iş aparılacaq. Göndərişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özü qazilərin müraciəti olmadan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərib. Siyahı bəllidir. Siyahının artıq 20%-i artıq nəzərdən keçirilib. Prosesin əsas hissəsi bu ayın sonuna qədər yekunlaşacaq".

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN