"Mənim təxminlərimə görə, koronavirusa yoluxma göstəriciləri payızda pik həddə çatacaq, ancaq ilin əvvəlində olduğu kimi dramatik bir artım gözləmirəm".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Tbilisinin Yoluxucu Xəstəliklər Klinikasının direktoru, Tengiz Çerçvadze bildirib. O deyib ki, insanların sıx olduğu yerlərdə maska istifadəsi tövsiyyə olunur: "Biz vaksinasiya prosesini daha da gücləndirməliyik. Nəqliyyatda, xəstəxanalarda, əhalinin sıx toplaşdığı ərazilərdə maska taxmaq arzu olunandır. Əhalinin kütləvi şəkildə peyvənd vurduracağı və ya maska taxacağını düşünmürəm. Buna görə də yaşından asılı olmayaraq istənilən şəxs boğaz ağrısı, öskürək, baş ağrısı, temperaturda artım hiss edərsə, həmin gün və ya səhəri gün korona testi versin. Bunu etmək pulsuzdur. Koronavirusa yoluxma halı təsdiqlənərsə, ailə həkiminiz və ya klinika həkimi ilə ünsiyyət qurun".

Azərbaycanda da son günlər koronavirusa yoluxmalarda artım hiss olunur. Qonşu Gürcüstanla, eləcə də digər xarici ölkələrlə əlaqələrin intensivləşdiyi bir vaxtda bu məsələyə diqqət ayrılmalıdır. İnsanlar ictimai nəqliyyatda, kütləvi tədbirlərdə, deyəsən, koronanın dəhşətlərini unutmuş kimidir...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN