Azərbaycanda son sutkada koronavirus infeksiyasına 545 yeni yoluxma faktı qeydə alınıb, 479 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, son sutkada COVID-19-dan 7 nəfər vəfat edib.
Ölkədə bu günədək ümumilikdə 807 017 nəfər koronavirusa yoluxub. Onlardan 793 747 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 486 nəfərdir.
Son gün ərzində 3 802, hazırkı dövrədək isə 7 110 178 test aparılıb.