Polşanın keçmiş prezidenti Lex Valesa noyabrın 15-də ürək şikayətləri ilə xəstəxanaya yerləşdirilib.
Tezadlar.az bildirir ki, bu barədə “O2.p” portalı siyasi köməkçi Marek Kaçmara istinadən xəbər verir.
"Bu, əvvəllər planlaşdırılan adi müayinədir, lakin vaxtından əvvəl həyata keçirilməli idi", - o deyib.
Kaçmarın sözlərinə görə, Lex Valesa son vaxtlar özünü yaxşı hiss etmirdi və noyabrın 15-də səhər saatlarında Qdansk xəstəxanalarından birinə yerləşdirilib.
Həmçinin qeyd olunur ki, Polşanın keçmiş prezidenti özünün Facebook səhifəsində xəstəxana palatasından fotoları dərc edib.
O, fotolardan birinə “Məni xatırladılar” şərhini yazıb.
Qeyd edək ki, Lex Valesa 1990-1995-ci illərdə Polşanın prezidenti olub.
E.ŞİRİNOV