TEZADLAR.AZ xəbər verir ki, TƏBİB jurnalist Səbuhi Məmmədlinin səhhəti ilə bağlı məlumat yayıb.
"Jurnalist Səbuhi Məmmədlinin səhhəti istər TƏBİB rəhbərliyinin, istərsə də indiyədək müalicə aldığı tibb müəssisələrinin administrativ və tibbi heyətinin diqqətində olub".
Məlumatda bildirilir ki, o, indiyədək TƏBİB-in tabeliyindəki tibb müəssisələrində qeydə alınan xəstəlikləri üzrə müalicə kursu keçib. Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müalicələr alıb.
"Təəssüf ki, onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb. Eləcə də xroniki böyrək çatışmazlığı xəstəliyi səbəbilə davamlı olaraq dializlə təmin edilir.
Dəyərli həmkarımıza şəfa diləyir və onu da qeyd etmək istəyirəm ki, çoxsaylı jurnalist həmkarlarımız, çalışdığı kollektiv, rəhbərliyi, Mətbuat Şurası, Medianın İnkişafı Agentliyi Səbuhi Məmmədlinin səhhəti ilə daim maraqlanır və tibb personalın nəzarəti altında onu ziyarət edirlər", - məlumatda qeyd edilir.