Bitki mənşəli dərmanlar heç də məsum deyil. Həmin dərmanların əksəriyyəti qida və dərman administrasiyası tərəfindən qəti şəkildə təsdiqlənməyən, istifadəsinə göstəriş olmayan dərman qruplarıdır.

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin instaqram səhifəsində “Həkim məsləhəti olmadan edilən yanlış müalicələr” mövzusunda canlı yayım zamanı deyib.

Z.Quliyevin sözlərinə görə, dünyadakı son araşdırmalar göstərir ki, bitki mənşəli dərmanların insan səhhətinə çox ciddi təsiri var: “Həmin dərman preparatları xüsusilə qaraciyərə mənfi təsir göstərir, hepatitləri çox kəskin artırır. Onları həkimlə məsləhətləşəndən və qəbuluna əks-göstəriş olmadığına əmin olduqdan sonra istifadə etmək lazımdır. Bitki mənşəli dərmanların gələcəkdə hansı fəsadlar verəcəyini zaman göstərəcək. Ümumiyyətlə, dərmanların yan təsirləri qısa və uzunmüddətli olaraq iki yerə bölünür. Qısamüddətli yan təsirlərə tez-tez rast gəlinir, mədə bağırsaq problemləri, qaraciyər zədələnməsi şəklində müşahidə olunur. Uzunmüddətli təsirlərə onların onkogen, yəni onkoloji xəstəliklər yaratması riski aiddir. Odur ki, həkim nəzarəti olmadan dərman istifadəsi yolverilməzdir”.

TEZADLAR.AZ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN