Sarıkök arıqlamağa kömək edir.

Bunu sarıkökün qaraciyər yağlanması olan insanların vəziyyətinə təsirini araşdıran həkimlər bir daha sübut ediblər.

Bu barədə Express yazıb.

Belə ki, hər gün 70 milliqram sarıkök qəbul edən xəstələrdə belin incələşməsi və bədən kütləsi indeksinin azalması qeyd edilib.

Sarıkökün öz-özünə yağ hüceyrələrini yandırmaq qabiliyyəti yoxdur, lakin bu ədviyyatın tərkibində olan polifenol sarıkök sayəsində onların böyüməsinə maneçilik törədə bilər. Sarıkök adətən beldə yığılan visseral (dərin) yağın əmələ gəlməsini azaldır.

Onu müntəzəm olaraq qidaya əlavə etsəniz, bədəndəki metabolik proseslərə fayda verəcəkdir, lakin öz-özlüyündə arıqlamaq üçün universal bir vasitə deyil, kilo itkisi yalnız kompleks tədbirlərlə əldə edilə bilər.

***

Qeyd edək ki, elmi araşdırmalara görə, sarıkök soyuqdəymə, öskürək, sinuzit, revmatik xəstəliklərin, həmçinin dəri xəstəliklərinin müalicəsində tətbiq edilən kremlərin və sabunların istehsalında, kəsik və yaraların ev şəraitində müalicəsində istifadə olunur. Bununla yanaşı, leykoz, mədə-bağırsaq sistemi, ağciyər, sidik-cinsiyyət orqanları, yumurtalıq, döş xərçəngi xəstəliklərinin qarşısının alınmasında profilaktik xüsusiyyətlərə malikdir. Sarıkökün antioksidant və iltihab əleyhinə malik xüsusiyyətlərə də malik olduğu bildirilir.

Və  Alzheymer xəstəliyi, kataraktanın əmələ gəlməsi, dağınıq skleroz, qaraciyərin zədələnməsi, infarkt, insult və bir çox xəstəliklərin qarşısının alınmasında da mühüm rola malikdir.

Buna görə də sarıkökü xörəklərimizə yalnız dadverici, rəngqatıcı ədviyyat olaraq deyil, sağlamlığımızı qoruyacaq qida məhsulu kimi istifadə etməliyik -qiyməti də hər cibə münasib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN