Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Tezadlar.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 881 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 581 nəfər müalicə olunaraq sağalıb, 10 min 280 nəfər vəfat edib. Aktiv xəstə sayı 20 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 858, bu günə qədər isə ümumilikdə 7 milyon 632 min 414 test icra olunub.