Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Kürdəmir rayonunun Mollakənd kəndində fiziki şəxs Hacızadə Zeynal Əlsafa oğluna məxsus “Fərid” ictimai iaşə müəssisəsində yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Mətbəxdə qida məhsullarının hazırlanması və emalı üçün gigiyenik cəhətdən uyğun şəraitin yaradılmadığı, döşəmə və divarların asan yuyula bilən materialla üzlənmədiyi, isti və soyuq su ilə təchiz olunmadığı, istifadə olunan ləvazimatların tamlığının pozulduğu və istifadəyə yararsız vəziyyətdə olduğu, pəncərələrə həşəratlara qarşı qoruyucu torun vurulmadığı, tullantı üçün qabların qapağı açıq şəkildə saxlanıldığı, həmçinin yuma və yeməklərin hazırlanması sahələrinin ayrılıqda təşkil edilmədiyi üçün qida məhsullarının çarpaz çirklənməsinə səbəb olduğu müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN