"Xəstəliyin simptomları əvvəlki variantlarda olduğu kimidir: öskürək, burun axması, qızdırma, boğaz ağrısı və döş qəfəsində sıxılma, lakin immuniteti zəif olan insanlarda və bəzi həssas şəxslərdə xəstəlik daha ağır nəticələrə gətirib çıxara bilər”.

***

Rusiya Federasiyasının İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahına nəzarət Federal Xidməti ( “Rospotrebnadzor”) qeyd edib ki, koronavirusun yeni variantı sələflərindən daha sürətli yayılır.

Rusiyalı mütəxəssislər aprel-avqust ayları ərzində EG.5 və ya “eris” koronavirusunun yeni variantı ilə 17 yoluxma halı müəyyən ediblər.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə  “Rospotrebnadzor”un mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyasında EG.5 variantına yoluxmanın ilk təcrid olunma halları 2023-cü ilin aprelində (Moskva şəhərində, Moskva vilayətində, Sankt-Peterburq şəhərində, Maqadan və İrkutsk vilayətlərində, Krasnodar diyarında, Buryatiya və Xakasiya respublikalarında) aşkar edilib.

Ümumilikdə, 17 hal və ya 2023-cü ilin aprel-avqust ayları arasında bütün infeksiyaların 0,24%-i”,- deyə qurumun açıqlamasında bildirilib.

Departament Rusiyada bu variantın hələ geniş yayılmadığını vurğulayıb. Eyni zamanda, onun yayılması ilə bağlı epidemioloji vəziyyətin covid ilə ağırlaşması riskləri də mövcuddur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “eris”i nəzarət altında olan variantlar siyahısına əlavə etdi.

 Dünyada virusu ehtiva edən ilk nümunələr 2023-cü ilin fevralına təsadüf edir.

ÜST-nin məlumatına görə, dünyada bu variantın aşkarlanması tezliyi 6,2%-dən 11,6%-ə yüksəlib.

“Rospotrebnadzor” əlavə edib ki, bu ştamm sələfləri XBB-dən (XBB. 1.5. "Kraken", XBB. 1.16. "Arcturus") çox daha sürətli yayılır.

Ştamm Asiya və Avropanın bəzi ölkələrində, həmçinin Çin və ABŞ-da yayılmaqdadır. Artıq 51 ölkədə tapılıb.

"Ümumiyyətlə, ÜST-nın məlumatına görə, EG.5 nisbətinin artması, daha səmərəli yayılması və immunitetdən  yayınma qabiliyyəti var, bu günə qədər xəstəliyin şiddəti ilə bağlı heç bir dəyişiklik baş verməyib. Xəstəliyin simptomları əvvəlki variantlarda olduğu kimidir: öskürək, burun axması, qızdırma, boğaz ağrısı və döş qəfəsində sıxılma, lakin immuniteti zəif olan insanlarda və bəzi həssas şəxslərdə xəstəlik daha ağır nəticələrə gətirib çıxara bilər”, - qurumdan əlavə ediblər.

 Həmçinin qeyd edilib ki, "eris" SARS-CoV-2-nin digər variantlarına nisbətən bir az daha "rəqabətlidir" və o, artıq yaranmış immunitetdən daha yaxşı yayına bilir.

 P.S. Necə deyərlər, "yağışdan çıxmışdıq, yağmura düşdük"... İndi də bu "eris" bəlasının Azərbaycana nə zaman ayaq açacağı və bizə hansı sürprizlər edəcəyini gözləyək. 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN