İngiltərə Sağlamlıq Mühafizəsi Agentliyi COVID-19-un yeni variantı “BA.2.86”ya yoluxma faktının aşkarlandığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda omikron ştamının bir növü olaraq ortaya çıxan yeni variantın bir nəfərdə aşkarlandığı qeyd edilib. “BA.2.86”nın omikrona nisbətən daha çox mutasiya keçirdiyi bildirilir.

Mütəxəssislərin “ən yoluxucu koronavirus növü” adlandırdıqları “BA.2.86” variantına yoluxma faktı bundan əvvəl Danimarka, İsrail və ABŞ-da qeydə alınıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN