Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minib.

Nikah öncəsi aparılan müayinələr sırasına Hb elektroforezi analizi də daxil olub. İki daşıyıcının nikaha daxil olması halında cütlük ixtisaslaşmış mütəxəssislər tərəfindən maarifləndirilir, prenatal diaqnostikanın zəruriyyəti haqqında məlumat verilir.

TEZADLAR.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Nərmin Verdiyeva bildirib.

Həmçinin qeyd edib ki, profilaktik və maarifləndirici tədbirlər nəticəsində ötən illərlə müqayisədə yeni doğulan talassemiyalı xəstələrin sayında ciddi şəkildə azalma müşahidə olunur


"Psixoloji dəstək istər talassemiyalı pasiyent, istərsə də valideynlər üçün müalicənin ayrılmaz bir parçasıdır. Əksər hallarda valideynlər ilkin diaqnoz zamanı övladlarında bu xəstəliyin varlığını qəbul edə bilmir və qısa müddətli şok yaşayırlar. Onlara bu mərhələdə qarşılaşdıqları bu vəziyyəti anlamaları və qəbul etmələri üçün psixoloji dəstək vacibdir. Çünki valideynin ilkin reaksiyası və təbii ki, övladına dəstəyi gələcəkdə talassemiyalı pasiyentin bu xəstəliklə necə mübarizə aparacağında böyük rol oynayır. Mərkəzimizdə fəaliyyət göstərən yüksək ixtisaslı yerli və xarici psixiatr və psixoloqların rolu əvəzolunmazdır. Pasiyentlərimiz və onların valideynləri ilə düzənli olaraq birlikdə və ayrı-ayrılıqda seanslar aparılır. Belə ki, psixososial dəstək istər hemotransfuziya, istərsə də xelat terapiyada olduqca müsbət təsir göstərir", - deyə qeyd edib.

Nərmin Verdiyeva bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq talassemiya daşıyıcısı və təxminən 300 min talassemiyalı xəstə var.

"Azərbaycanın statistikasına nəzər salsaq, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzində rəsmi qeydiyyatda olan 3000-dən artıq hemoqlobinopatiyalı xəstə var. Xüsusilə də genetik konsultasiya və prenatal diaqnostikanın rolu olduqca böyükdür. Hamiləliyin 14-16-cı həftəliyində aparılan müayinə nəticəsində dölün sağlam, daşıyıcı və ya talassemiya xəstəsi olduğunu aşkarlamaq mümkündür", - hematoloq vurğulayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN