Sürücülər bəzi dərmanları qəbul edib sükan axasına əyləşərsə və həmin zaman yol polisi onun sərxoş olduğunu güman edib testə cəlb edə bilər. Bu zaman isə...

***

Həkimlərin fikrincə, bəzi dərmanların tərkibində  alkoqol və psixoaktiv maddələr ola bilər ki, bu da sürücünün sərxoş olmasından şübhələnildiyi təqdirdə test nəticələrinə təsir göstərə bilər.

Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Tibbi və Əczaçılıq Nəzarəti Komitəsi sürücülərin qəbul etməsi arzuolunmaz olan dərmanların adlarını açıqlayıb.

 “Antidepresanlar, aspirin, allergiya və mədə dərmanları konsentrasiyaya təsir edir və reaksiyanı ləngidir. Həmçinin bu dərmanlar yuxululuğa səbəb olur, görmə və koordinasiyaya təsir göstərir. Xüsusilə, uzun səfərdən əvvəl bu dərmanları qəbul etməyin. Çox vaxt sürücülərin diqqətsizliyi ucbatından bir çox qəzalar baş verir”, - deyə əczaçılar bildirir.

Onların sözlərinə görə, vacib olan dərmanların tərkibidir. Onlardan bəzilərinin tərkibində kiçik dozalarda alkoqol və psixoaktiv maddələr ola bilər ki, bu da sürücünün sərxoş olması şübhəsi yaranarsa, müayinələrin nəticələrinə təsir göstərə bilər.

Komitə müəyyən edib ki, bu cür dərmanlar arasında kodein və fenilefrin olan öskürək və soyuqdəymə dərmanları,  o cümlədən qızdırmasalıcıların tərkibinə daxil olan fenilefrin, xlorfenamin, feniramin, həmçinin fosfat, kofein, fenobarbital və ketorolak təkibli ağrıkəsicilər var ki, bunlar da sərxoşluq analizində təhlükəlidir. Həmçinin, fenobarbital və kodein spazmaəleyhinə və sakitləşdirici dərmanlarda da olur.

 “Hər hansı dərmanı istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşməli və təlimatları diqqətlə oxumalısınız. Bir çox təlimatda sürücülər üçün tövsiyələr var. Əgər dərman istehsalçısı istifadə etdikdən sonra avtomobil idarə etməyi tövsiyə etmirsə, o zaman avtomobil idarə etməkdən çəkinmək daha yaxşıdır”, - mütəxəssislər qeyd ediblər.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN