ÜST 5 dərman vasitəsinin tərkibində toksinlər tapılması barədə xəbərdarlıq edib.

 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Maldiv adalarında, Pakistanda, Belizdə, Ficidə və Laosda bir neçə çirklənmiş suspenziya və sirop tapdığını bildirib.

“Söhbət 5 məhsuldan ibarət 23 partiyadan gedir: ALERGO, MUCORID, ZINCELL siropları, həmçinin EMIDONE, ULCOFIN suspenziyaları. Bütün bu dərmanlar PHARMIX LABORATORIES (PVT.) LTD, Pakistan tərəfindən istehsal olunur.

Ümumdünya Səhiyyə Təşkilatının bildirişində dərmanların qəbuledilməz dərəcədə yüksək konsentrasiyalarda dietilen qlikol və etilen qlikol olduğu bildirilir.

Qeyd edək ki, mütəxəssislərin sözlərinə görə, dietilen qlikol və etilen qlikol qəbul edilərsə, insanlara toksilki təsir edə və ölümcül zəhərlənməyə səbəb ola bilər. Zəhərlənmənin simptomlarına qarın ağrısı, qusma, ishal, sidiyə çıxmada çətinlik, baş ağrısı, psixi vəziyyətin dəyişməsi və ölümlə nəticələnə bilən kəskin böyrək zədələnməsi də daxildir.

Xatırladaq ki, daha əvvəl ÜST NATURCOLD və COLD OUT öskürək siroplarının təhlükələri barədə də xəbərdarlıq etmişdi.

Hazırda ÜST-ün adlarını açıqladığı sirop və suspenziyaların Azərbaycana gətirilib, yaxud gətirilməməsi barədə əlimizdə məlumat yoxdur. Yəqin ki, bu barədə əlaqədar qurumlar açıqlama verəcək. Hər bir halda insanların sağlamlıqlarına qarşı diqqətli olmasını tövsiyə edirik.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN