Ümumdünya Səhiyyə Təşkilatı ölkələri elektron siqaretlərin yayılmasına nəzarət etmək üçün təcili tədbirlər görməyə, o cümlədən ətirli siqaretləri qadağan etməyə çağırıb.

"Urgent action needed to protect children and prevent the uptake of e-cigarettes"

Təşkilat, elektron siqaretlərin tütündən imtina üçün təsirli olmadığını, yüksək dərəcədə asılılıq yarada biləcəyini və xüsusilə uşaq və gənclərin sağlamlığı üçün zərərli olduğunu vurğulayıb.

“Elektron siqaretlər 16 mindən çox çeşiddə gəlir və sosial şəbəkələr və rəy liderləri vasitəsilə uşaqlar arasında təbliğ olunur. Bəzi hallarda bu məhsullar gənc nəsilləri cəlb etmək üçün cizgi filmi personajları və zərif dizaynlardan istifadə etməklə təbliğ olunur”, - ÜST-nin sağlamlığın təşviqi Departamentinin direktoru Ryudiger Kreç bildirib.

Tədqiqat məlumatları göstərir ki, gənc yaşlarında elektron siqaret çəkənlərin həyatlarının sonrakı dövrlərində adi siqaretdən istifadə etmək ehtimalı təxminən üç dəfə çoxdur, - ÜST əlavə edib.

Təşkilat ölkələri vapinq məhsullarında bütün ətirli maddələrin istifadəsini qadağan etməyə və adi siqaretlə mübarizədə istifadə edilənlərə bənzər tədbirlərlə onlara nəzarət etməyə çağırıb. Bunlara nikotinin tərkibinə və keyfiyyətinə məhdudiyyətlər, həmçinin yüksək vergilər daxildir.

ÜST, həmçinin vapinqin adi siqaretlərdən daha az zərər verdiyinə dair yalançı elmi sübutların yayılmasından narahatlığını ifadə edib. Təşkilat qeyd edib ki, bu cür tədqiqatlar tütün şirkətləri tərəfindən maliyyələşdirilir ki, bu da uşaqlar və siqaret çəkməyənlər arasında siqaret çəkməyi təşviq edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün 34 ölkədə elektron siqaretlərin satışı qadağandır, 88 ölkədə onların satışına icazə verilən minimum yaş həddi müəyyən edilmir, 74 ölkədə isə bu məhsullara heç bir tənzimləyici məhdudiyyət yoxdur.

Çox təəssüf ki, belə siqaretlərə Azərbaycan gəncləri arasında meyl edənlər var. Və guya vapinq məhsullarının adi siqaretlərdən daha az zərərli hesab edildiyi barədə də məlumatlar yayılır. Təbii ki, bunu istehsalçı şirkətlər məhsullarını daha çox satmaq, reklam məqsədilə edirlər.

UST-ün çağırışından göründüyü kimi, bu məhsullar istehsalçı şirkətlərin cibinə külli miqdarda pul axını deməkdir, hansı ki, əvəzini gələcəyimiz olan gənclərimiz ödəyir. Həm də geri alınması mümkün olmayan sağlamlıqları ilə...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN