“Formal olaraq “Rəqəmsal səhiyyə” termini səhiyyə sektorunda rəqəmsal texnologiyalardan istifadəni nəzərdə tutur.

Bu sistem həm fərdi aspektdə, həm də ölkə əhalisi miqyasında ictimai sağlamlığın keyfiyyətinin təhlili və qiymətləndirilməsi üçün zəruri olan tibbi məlumatların toplanmasını təmin edir. Rəqəmsal səhiyyənin məqsədi səhiyyə sektorunda tibbi məlumatları vahid rəqəmsal çərçivədə birləşdirmək və bu informasiyalardan maksimum faydalanmaqdır. Sözügedən məlumatların təhlili tibbi xidmətin keyfiyyətinin və əhalinin sağlamlığına qayğının yüksək səviyyədə olması, infrastruktur aktivlərinin səmərəli idarə olunması, habelə səhiyyə sektorunun strateji planlaşdırılmasına mühüm töhfə verməsini təmin edəcək”.

TEZADLAR.AZ  Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov deyib. O, nazirliyin rəqəmsal səhiyyənin tətbiqi ilə bağlı atdığı ilk addımlar barədə məlumat verib:

“Səhiyyədə rəqəmsallaşma istiqamətində ilk addımlar 2006-cı ildə başlayıb və o dövrün tələbləri ilə müəyyən edilib. Buraya ilk növbədə IT infrastrukturunun yaradılması, vətəndaşların sağlamlıq kartı sistemi çərçivəsində bir çoxsaylı rəqəmsal tibbi registrlərin, ölkə üzrə tibb işçilərinin uçotu sistemi, elektron xidmətlərin, o cümlədən əlilliyin müəyyən edilməsi reyestrinin tətbiqi və bu istiqamətdə bir çox digər tədbirlər aiddir. Qeyd etmək istərdim ki, əvvəlki illərdə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin mütəxəssisləri sektorun rəqəmsallaşdırılması sahəsində böyük işlər görüblər. Bu gün Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sistemində 20 elektron sistem, o cümlədən bir çoxu mərkəzin mütəxəssisləri tərəfindən yaradılan 70-dən çox proqram modulu fəaliyyət göstərir”.

Radiologiya sahəsində süni intellekt məlumatlarının və alqoritmlərinin xəstəliklərin erkən mərhələdə diaqnostikasında əvəzsiz vasitə olduğunu bildirən R.Hacıəlibəyov qeyd edib ki, bu fundamental texnoloji yanaşma dünyanın inkişaf etmiş ölkələrində müasir səhiyyə praktikasında istifadə olunur:

“Əsas məlumat mənbəyi vətəndaşların doğum anından ölüm anına qədər sağlamlığı ilə bağlı bütün məlumatları əks etdirən “Vətəndaşın Tibbi Rəqəmsal Əkizi” adlı reyestr olacaq. Bu məsələyə daha geniş şəkildə baxsaq, deyə bilərik ki, məlumat ananın tibb müəssisəsinə hamiləlik faktının müəyyən edilməsi üçün müraciətindən başlayaraq orqan transplantasiyası anına qədər (əgər vətəndaş öldükdən sonra orqanların donor kimi istifadəsinə razılıq veribsə) müddətini əhatə edəcək. Bu reyestrdə bütün həyat dövrü ərzində toplanan tibbi tarixçə, diaqnozlar, müalicə üsulları, analizlərin nəticələri, radiologiya, reseptlər və sair məlumatlar, o cümlədən xəstəliklərə genetik meylin anamnestik tarixçəsi həkimlər tərəfindən dərin təhlil və xəstəliyin səbəblərinin müəyyən edilməsi üçün əsas vasitəyə çevriləcək. Nəticədə diaqnozu dəqiqləşdirməyə və ən effektiv müalicə üsullarını təyin etməyə imkan verəcək. Toplanılan tibbi məlumatlar bütün ölkə üzrə əhalinin sağlamlıq vəziyyətinin makroanalizi, tibbi xidmətlərə tələbatın və onun keyfiyyətindən məmnunluğun, səhiyyədə tələb olunan infrastrukturun inkişafının planlaşdırılması, sığorta da daxil olmaqla səmərəli iqtisadi modellərdən istifadə, insan resurslarının inkişafı və müvafiq olaraq sektorun inkişafı üçün çevik planlaşdırma, səhiyyədə dövlət qarşısında duran prioritet vəzifələrin həyata keçirilməsi üçün əsas amil olacaq”.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN