Qazaxıstan Respublikasında 20 həftəlik hamilə olan qadının beynində mürəkkəb cərrahi əməliyyat icra olunub.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə ölkənin Sosial Tibbi Sığorta Fondu (STSF) məlumat yayıb.

Belə ki, 24 yaşlı Almatı sakini bu ilin fevralından baş ağrılarından əziyyət çəkməyə başlayıb. Bir ay sonra görmənin pisləşməsi və sağ göz qapağının sallanması müşahidə edilib.

Bununla əlaqədar olaraq o, oftalmoloq və nevropatoloqa müraciət edib. 

MRT-də sağ arxa beyin arteriyasının iri anevrizması aşkar edilib ki, bu da ölçüsünün artması səbəbindən qonşu sinir strukturlarının sıxılmasına səbəb olub və hər an qopmaq təhlükəsi yaradırmış.

Vəziyyətin mürəkkəbliyi ondan ibarət idi ki, xəstə 20 həftəlik hamilə olsa da, müalicə tələb olunurdu.

Qadın təcili tibbi yardım maşını ilə əməliyyat olunmaq üçün Qazaxıstan Respubliksaının  Milli Neyrocərrahiyyə Mərkəzinə göndərilib.

“Milli Neyrocərrahiyyə Mərkəzində xəstəxanaya yerləşdirilən zaman riskə baxmayaraq, əməliyyatın aparılması və hamiləliyin davam etdirilməsi qərara alınıb.

Əməliyyat uğurla həyata keçirilib.  Neyrocərrahlar görülən işin nəticəsindən razıdırlar”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, əməliyyatdan sonra dölün vəziyyətində və hamiləliyin gedişində heç bir geriləmə aşkar edilməmişdir.

 Xəstə isə hazırda özünü yaxşı hiss edir və evə buraxılmağa hazırlaşır. 

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN