Çinin  “Global Times” qəzetinin məlumatına görə,

Çinin cənub -şərqi Futszyan əyalətindəki Putyan şəhər sakinlərinə, koronavirusun yenidən aktivləşməsi aşkarlandığı üçün oradan ayrılmamaları tövsiyə edilib.

Daha öncə Futszyan əyalətində 20 yeni yerli yoluxma hadisəsinin 19-nun Putyan şəhərində aşkarlandığı məlum olub.

Bildirilir ki, şəhəri tərk etməyi arzu edənlərin  mənfi koronavirus test cavabları olmalıdır. Bundan başqa, şəhərdə bir sıra məhdudiyyətlərin tətbiqinə də başlanılır - kinoteatrlar, muzeylər və kitabxanalar ziyarətçilər üçün bağlanmalı, restoranlar isə iş saatlarını məhdudlaşdırmalıdır.

Qeyd edək ki, Çində epidemiya başlayandan bəri, cəmi  95 199 COVID-19 infeksiyasına yoluxma halı qeydə alınıb ki,  onlardan da 4636 nəfər həyatını itirib.

Buna baxmayaraq,  Çin vaxtında görülmüş sərt karantin tədbirləri sayəsində epidemiyanın ölkə daxilində yayılmasının qarşısını ala bildi. Və uzun müddət idi ki, heç bir yerli yoluxma hadisəsi yox idi. Aşkarlananlar isə, əsasən xaricdən gətirilənlər idi.

Lakin iyulun ortalarından bəri Nankin Beynəlxalq Hava Limanında başlayan yeni epidemiya bir sıra şəhər və əyalətlərə də yayılmağa başladı.

Və göründüyü kimi, Çin yenidən böyük əzmlə mübarizəyə səfərbər oldu...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN