Xəstəxana Slaymanın transplantasiyadan iki ay sonra - şənbə günü vəfat etdiyini açıqlayıb.

  TEZADLAR.AZ xəbər verir ki, bu barədə CBS News kanalının saytında Massaçusets xəstəxanasına istinadən dərc edilən məlumatda deyilir.

Tibb müəssisəsi qeyd edir ki, kişinin əməliyyat nəticəsində öldüyünə dair heç bir əlamət yoxdur.

Xəbər verdiyimiz kimi, ABŞ-ın Boston şəhərində həkimlər ilk dəfə xəstəyə geni dəyişdirilmiş donuz böyrəyini köçürüblər. Dünyada ilk geni dəyişdirilmiş donuz böyrəyinin insana transplantasiyası martın 16-da Massaçusets xəstəxanasında həyata keçirilib. Heyvanın böyrəyində 69 genomik dəyişiklik olub və transplantasiya əməliyyatı 4 saat çəkib. Orqan terminal böyrək çatışmazlığı olan 62 yaşlı kişiyə köçürülüb. O, əməliyyatdan iki həftə sonra xəstəxanadan buraxılıb.

 62 yaşlı Riçard Slayman bildirmişdi ki, 11 ildir ki, xəstədir.

“Həkimlər mənə böyrək transplantasiyası olacağını söylədikdə, bunun yalnız mənə deyil, orqan nəqlinə ehtiyacı olan minlərlə insana ümid verə biləcəyinə sevindim. Həmin xəstələr də öz sağlamlığına qovuşacaq və sağ qala biləcəklər”, - deyə R.Slayman qeyd edib.

Lakin təəssüf ki, sonu heç də yaxşı olmadı...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN