AstraZeneca dünya üzrə koronavirus peyvəndi üçün satış icazələrini geri götürməyə başladı.

Şirkət bu addımı daha təsirli dərmanların bolluğu ilə izah edib.

TEZADLAR.AZ xəbər verir ki, Britaniya-İsveç əczaçılıq şirkəti AstraZeneca, dünya üzrə koronavirus peyvəndinin satışı və istifadəsi üçün təsdiqləri ləğv edir.

Bu barədə Telegraph xəbər yayıb.

Mart ayında şirkət peyvəndin Avropa İttifaqında satış icazəsini könüllü olaraq  geri götürmək üçün ərizə verdi, hansı ki, mayın 7-dən qüvvəyə mindi.

Oxşar müraciətlər yaxın aylarda Vaxzevria adlı peyvəndi sertifikatlaşdıran Böyük Britaniyada və digər ölkələrdə də veriləcək.

Şirkət açıqlamasında bildirib ki, peyvənd kommersiya səbəbindən satışdan çıxarılır.

İstehsalçı deyir ki, peyvənd artıq istehsal olunmur və ya tədarük edilmir, çünki o COVID-19-un yeni ştammları ilə mübarizə aparmaq üçün uyğunlaşdırılmış, yenilənmiş vaksinlərlə əvəzlənib.

Son aylarda Vaxzevria qan laxtalanmasına və qanda trombositlərin səviyyəsinin aşağı olmasına səbəb olan nadir bir yan təsir səbəbiylə araşdırılır.

 Qeyd edək ki, fevral ayında AstraZeneca ilk dəfə məhkəmə sənədlərində peyvəndinin "çox nadir hallarda" TST sindromuna (trombositopeniya sindromu ilə tromboz) səbəb ola biləcəyini etiraf etdi.

TST Böyük Britaniyada ən azı 81 ölümlə, həmçinin yüzlərlə ağır xəsarətlə əlaqələndirilir. İddia edilən 50-dən çox qurban və qurbanların qohumları İngiltərə və Uelsdəki Ali Məhkəmədə AstraZeneca-ya qarşı kollektiv iddia qaldırıblar.

AstraZeneca israr edir ki, peyvəndin geri götürülməsi qərarının məhkəmə iddiası və ya TST-yə səbəb ola biləcəyi ilə əlaqəli deyil. Əczaçılıq şirkəti bunun sırf təsadüf olduğunu bildirib.

“Biz Vaxzevria-nın qlobal pandemiyanın sona çatmasında oynadığı roldan inanılmaz dərəcədə qürur duyuruq. Müstəqil hesablamalar göstərir ki, təkcə istifadənin ilk ilində 6,5 milyondan çox insanın həyatı xilas edilib və bütün dünyada üç milyarddan çox doza çatdırılıb”, - deyə şirkətin açıqlamasında bildirilir.

Böyük Britaniya hakimiyyəti 2021-ci ilin payızına qədər AstraZeneca peyvəndinin istifadəsini faktiki olaraq dayandırıb. Həmin ilin sonunda qış buster (gücləndirici) doza kampaniyası üçün onu Pfizer və Moderna əvəz etmişdi.

Bəzi ölkələr peyvəndin tədarükünü artıq dayandırıb. Guardian qeyd edir ki, yeni peyvəndlərin geniş yayılması səbəbindən 2021-ci ildə mərhələli şəkildə dayandırılma başlasa da, 2023-cü ilin mart ayından Avstraliyada istifadə üçün mövcud deyil.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2021-ci ilin fevralında AstraZeneca COVID-19 peyvəndini təsdiqlədi. Elə həmin il şirkət vaksinin adını dəyişərək Vaxzevria adlandırdı. Peyvəndin 18 yaş və daha yuxarı insanlar tərəfindən istifadəsinə icazə verilmişdir və təxminən üç ay ara ilə iki iynə vurulmuşdu. Bəzi ölkələrdə buster doza (gücləndirici doza) kimi də istifadə edilmişdi.

AstraZeneca peyvəndinin milyardlarla dozası daha ucuz və istehsalı və paylanması asan olduğu üçün BMT-nin razılaşdırdığı proqram çərçivəsində yoxsul ölkələrə çatdırıldı. AR dəqiqləşdirib ki, daha sonrakı araşdırmalara görə, Pfizer-BioNTech və Moderna-dan olan RNT vaksinləri COVID-19 və onun bir çox variantına qarşı daha yaxşı qorunma təmin edir və əksər ölkələr bu peyvəndlərə keçiblər.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN