"Kommersant" qəzetinin məlumatına görə, "Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) Rusiyanın “ Sputnik V" vaksininin  bəyənilməsini  yeni araşdırmalar  aparılana qədər dayandırıblar.

Panamerika Səhiyyə Təşkilatının (PAST) baş direktorunun müavini doktor Jarbas Barbosa jurnalistlərə bildirib ki, mütəxəssislər lazımi dəyişikliklər  və yeni analizlər edilənə qədər proses dayandırılıb.

Barbosa PAST nümayəndələri ilə videokonfrans zamanı bildirib:

"Vaksin istehsalçıları vaksinlərin istehsal olunduğu yerlərin düzgün istehsal təcrübəsi standartları ilə razılaşdığını təsdiq etməlidirlər. Təcili istifadə üçün "Sputnik V" vaksinin təsdiq edilməsi prosesinə gəldikdə isə, bu proses dayandırılıb, çünki "Sputnik V" ni istehsal edən fabriklərdən birinin yoxlanması zamanı məlum olmuşdur ki, zərurii istehsal praktikasından kənaraçıxmalar aşkar edilmişdir".

Hələ bu ilin iyul ayında bildirilmişdi ki, Ümumdünya Səhiyyə Təşkilatının "Sputnik V " vaksininin payızda təsdiq edəcəyi gözlənilirdi. Daha əvvəl Rusiya Federasiyası Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib ki, Dərman vasitələri üzrə Avropa Agentliyindən "Sputnik V " vaksininın yoxlanılmasından sonra sual doğura biləcək  məlumat daxil olmayıb.

Xatırladaq ki, Rusiya, yanvarın 29-da Avropa İttifaqında "Sputnik V" vaksininin qeydiyyatdan keçirilməsi üçün  EMA-ya müraciət etmişdi və artıq martın 4-də vaksinin tədricən analiz edilməsinə başlanıldığı bildirilmişdi.

 Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN