Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin və digər aidiyyəti dövlət orqanlarının əməkdaşlarının həyata keçirdiyi birgə tədbirlər zamanı istehlaka yararsız, mənşəyi məlum olmayan ətin dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Belə ki, rayonun Aşağı Avşar kəndində yaşayan fiziki şəxs İsmayılov Cəmil Yunis oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, baxış zamanı kəsim sahəsinin qüvvədə olan normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, habelə kustar üsullarla təchiz edilmiş kəsim qurğuları müəyyən edilib. Fiziki şəxs Hüseynov Fuad Tahir oğlu izahatında kəsim sahəsini İsmayılov Cəmil Yunis oğlundan icarəyə götürdüyünü bildirib.

Aparılan araşdırma zamanı aşkarlanmış ətin məxsus olduğu heyvanın aqoniya halında kəsilməsinə və istehlak üçün yararsız olmasına (kəskin qoxu, ətdə yapışqanlılıq, ətin rənginin qeyri-spesifik olması və s.) əsaslı şübhələr yarandığı üçün 837 kq ət və subməhsullar müsadirə edilib. Müayinələrinin aparılması məqsədilə ətdən və subməhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laborotoriyalarına təqdim olunub. Mənşəyi məlum olmayan ətin geri qalan hissəsi isə saxlanca qoyulub.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN