Yer kürəsində milyardlarla insan “ifrat istilik epidemiyası” ilə üzləşir.
Tezadlar.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş brifinqdə bildirib.
"Bu, görünməmiş isti həftəsi idi", - o deyib.
Quterreş xatırladıb ki, Avropa İttifaqının İqlim Dəyişikliyi Xidməti Kopernik ilkin olaraq 21 iyul bazarını tarixdə ən isti gün elan edib. Lakin bazar ertəsi, iyulun 22-də civə daha da yüksəldi. Üstəlik, ertəsi gün, iyulun 23-ü də eyni diapazonda keçdi. Bu üç gün bütün müşahidələr tarixində temperatur rekordunu qırdı.
BMT-nin baş katibi bildirib ki, planet həddindən artıq isti epidemiyası səbəbindən “daha isti və hamı üçün daha təhlükəli” olur.
E.ŞİRİNOV