Yoluxma sayı son 3-4 gündə iki mindən beş minədək yüksəlib...

Gürcüstan KİV-nin məlumatına görə, son sutka ərzində ölkə üzrə koronavirusa yoluxanların sayında kəskin artım baş verib.

Belə ki,  24 saat ərzində ölkə üzrə 5 076 yeni yoluxma qeydə alınıb, 44 nəfər həyatını itirib.

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının rəhbəri Tengiz Çerçvadzenin sözlərinə görə, koronavirusa yoluxma hallarının bu qədər artması beşinci dalğanın başlamasından xəbər verir.

Onun sözlərinə görə, yoluxma sayı 3-4 gündə 2 mindən 5 minə yüksəlib: "Təəssüf ki,  son günlər yeni yoluxma hallarında ciddi artım qeydə alınır. Beşinci dalğanın başladığını demək çətin olsa da, lakin deyərdim ki, dördüncü dalğadan sonra əhəmiyyətli bir azalma oldu, yoluxma sayı 1000-2000 oldu, ölüm halı isə 80-dən 23-26-ya düşdü, buna görə də dördüncü dalğadan keçdiyimizi fərz edə bildiyimizə görə indiki ciddi artımı beşinci dalğanın başlanğıcı hesab edə bilərik", - deyə Çerçvadze bildirib.

Xatırladaq ki, sentyabrın 12-də Gürcüstanda 1 838 yeni yoluxma qeydə alınmışdı. Halbuki əvvəlki iki həftədə koronavirusa yoluxma sayında hər gün antirekorda imza atılırdı. Bir ay öncə bir çox ölkələr tərəfindən “Qırmızı Zona” elan edilmiş Gürcüstanda yoluxma sayı günbəgün azalmağa döğru gedirdi.

Lakin son 24 saata olan statistik məlumatlar və Çerçvadzenin açıqlaması Gürcüstanda da vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN