Avropa ölkələri məhdudiyyətləri sərtləşdirməsə, regionda qışda koronavirus pandemiyası nəticəsində 500 minə yaxın insan həyatını itirə bilər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Xans Klyüge Britaniyanın BBC yayım korporasiyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ÜST Avropada COVID-19-un yayılma sürətinin artmasından çox narahatdır və bununla əlaqədar mütəxəssislər tibbi maska taxmağı davam etdirməyi, eləcə də hələ peyvənd olunmayanların hamısının vaksinasiyasını tövsiyə edir.

Klyüge qeyd edib ki, soyuq havaların yaxınlaşması, bir sıra ölkələrdə aşağı peyvənd göstəriciləri, daha çox yoluxucu ştammların yaranması ilə əlaqədar olaraq Avropada koronavirusun növbəti dalğası müşahidə olunur.

“COVID-19 yenidən regionumuzda əsas ölüm səbəbinə çevrilib”, -ÜST rəsmisi deyib. O, pandemiya ilə mübarizə üçün məcburi peyvəndin yalnız son çarə kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.

Klyüge eyni zamanda qeyd edib ki, bu məsələ ilə bağlı “qanunvericilik və ictimai müzakirələrə” başlamaq “vaxtına düşmüş olardı”.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN