"Son zamanlar müxtəlif media qurumlarında ayrı-ayrı şəxslərin cərrahi əməliyyat olunmaları üçün əhalidən vəsait toplamaq məqsədi daşıyan müraciətlərə rast gəlinir. Bu yaxınlarda məşhur media qurumu tərəfindən dərc olunan 3 yazı agentlik tərəfindən araşdırılıb".

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərlə əlaqə saxlanılıb: "Məlum olub ki, onlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər göstərilib. Vəsaitin toplanılması isə əslində xəstəliklə əlaqədar digər ehtiyacların qarşılanması ilə bağlı olub".

"Vətəndaşların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin bir daha diqqətinə çatdırmaq istərdik ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə 2550 sayda tibbi xidmət təminata alınır. Tibbi xidmətlərin 950-sini cərrahi əməliyyatlar təşkil edir. Həmin əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezləşdirmə, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları və bir sıra digər əməliyyatlar daxildir. Qeyd edək ki, dövlət proqramları çərçivəsində müalicə və müayinəsi qarşılanan xəstəliklərlə bağlı tibbi xidmətlər, habelə kosmetik prosedurlar və plastik cərrahiyyə, orqan transplantasiyası, süni mayalanma və stomatoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil", - agentlikdən qeyd edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN