“Çünki bu ştamm müəyyən attenuasiya (virusun zəifləməsi) keçib."

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Engelqardt adına molekulyar biologiya İnstitutunun hüceyrə proliferasiyası laboratoriyasının rəhbəri Pyotr Çumakov bildirib ki, peyvənd olunmuş xəstələrdə COVID-19-un yüngül gedişi ilə fərqlənən yeni “omikron” koronavirus ştammı pandemiyanın sonunun xəbərçisi ola bilər.

O, bu barədə "Rossiya 24" telekanalının efirində bildirib.

Virusoloqun fikrincə, "omikron" daha az patogendir, hətta peyvənd olunmayan xəstələrdə belə ümumilikdə daha yüngül şəkildə davam edir:

“Çünki bu ştamm müəyyən attenuasiya (virusun zəifləməsi) keçib. Ümid var ki, “omikron" pandemiyanın sonunun xəbərçisidir”.

Alim  qeyd edib ki, yeni ştammın yoluxmuş insanların sayının artmasına səbəb olacağına baxmayaraq, yeni SARS-CoV-2 variantının yaratdığı infeksiyanın şiddəti tədricən azalacaq.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına “Omikron” adını verib. Onun daha yüksək yoluxuculuq qabiliyyətinə malik olduğu və daha ağır xəstəliklərə səbəb olduğu bildirilib.

Qeyd edək ki, indiyədək "omikron" ştammı dünyanın 77 ölkəsində aşkar edilib.

 Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib. ÜST rəhbəri qeyd edib ki, “omikron” heç bir başqa variantda görmədiyimiz sürətlə yayılır.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN