Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
1 156 yeni yoluxma faktı qeydə alınıb, 1 739 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 607 076 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 580 495 nəfər müalicə olunaraq sağalıb, 8 137 nəfər vəfat edib, aktiv xəstə sayı 18 444 nəfərdir.
TEZADLAR.AZ